Ağcabədi rayonu Hindarx bələdiyyəsi 2019-cu il üçün olan büdcəni təsdiq edib. Bununla bağlı Belediyye.infoya məlumatı Hindarx bələdiyyəsinin sədri Təvəkkül Abbasov bildirib.
Sədrin sözlərinə görə, noyabr ayından başlanan müzakirələrə dekabr ayının 11-də keçirilən bələdiyyə iclasında müzakirələrdən sonra təsdiq edilib.
Büdcə layihəsində həm bələdiyyə üzvlərinin, həmdə seçicilərin təklifləri nəzərə alınıb. Hazırda növbəti ildə bələdiyyə büdcəsinin 107.774 manat olması nəzərdə tutulub.
Sədr daha sonra bildirib ki, 107.774 manatın 38.340 manatı fiziki şəxslərdən torpaq vergisindən, 11.404 manatı fiziki şəxslərdən əmlak vergisindən, bələdiyyə əmlaknın özəlləşdirilməsindən 17.000 manat, icrayə verilməsindən 21.164 manat maliyyə vəsaitinin əldə edilməsi nəzərdə tutulub.
Bələdiyyə xərclərinə gəlincə sədr bildirib ki, hər il olduğu kimi əsas seçicilərin təklifləri nəzərə alınıb. əldə ediləcək vəsaitin 50 min manatdan artıq hissəsi qəsəbədə aparılacaq abadlıq işlərinə və yolların saxlanmasına xərclənməsi nəzərdə tutulub.
Belediyye.info