Abşeron rayon Hökməli bələdiyyəsində sədr dəyişikliyi olub. Bu günlərdə keçirilən bələdiyyə iclasında sədr vəzifəsini icra edən Miradıyev Mirəziz Mirnemət oğlu öz xahişiylə istefa verdiyindən iclasda təşkilat məsələsinə baxılıb.
Müzakirələrdən sonra Orucov Ramil Bəgalı oğlu bələdiyyə sədri seçilib. Qeyd edək ki, yeni sədr artıq ikinic dəfədir k i, bələdiyyə seçkilərində qatılaraq üzv seçilib.
Xatırladaq ki, bələdiyyənin ilk sədri Abşeron rayonunun yaradılmasının 50 illiyi münasibətilə və rayonun sosial-iqtisadi inkişafındakı xidmətlərinə görə “Tərəqqqi” medalına təltif edilmiş Mirnemət Miradıyevə “Sevil massivi”MTK işinə görə cinayət işi açıldığından vəzifəsindən azad edilmişdi. Ondan sonra isə növbəti seçikılərdə oğlu bələdiyyə üzvü və bələdiyyə sədri vəzifəsinə seçilmişdi.
Sədr dəyişikliyi barədə məlumatı Belediyye.info bələdiyyədə də təsdiq ediblər.
Belediyye.info