"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Horadiz bələdiyyəsindən maraqlı statistika

--2017-08-16 / 07:36

Füzuli rayon Horadiz şəhər bələdiyyəsi Horadiz şəhərində ali məktəblərə qəbul olunmuş qəsəbə sakinləri barədə maraqlı statistika tərtib edib.

Məlumatda qeyd edilir ki, Horadiz şəhərində hazırda üç  tam orta məktəb fəaliyyətdədir.

Bu məktəblərdə ümumilikdə 60 nəfər 11 sinifi bitirb.

Məktəbi bitirənlərdən 40 nəfəri ali məktəbə sənədlərini təqdim edib. Ali məktəbə qəbul olan 25 nəfərdən  13 nəfəri 1 saylı məktəbi, 7 nəfəri  2 saylı məktəbi,  5 nəfəri isə  3 saylı məktəbi bitirib.

ən yüksək bal isə 582 balla 2 saylı orta mətəbin  şagirdi Rahil əliyev olub.

Horadiz bələdiyyəsi olaraq ali məktəbə qəbul olan bütün sakinləri  ürəkdən təbrik edir.

Belediyye.info

ŞƏRHLƏR