"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Horadiz bələdiyyəsindən nəcib addım

--2017-07-11 / 19:06

Füzuli rayon  Horadiz şəhər bələdiyyəsinin sədri Tural Nəbiyevin Belediyye.infoya verdiyi açıqlamaya görə,   şəhər ərazisində və ətrafına tut ağaclarının barama saxalnılması üçün indidən hazırlanmasına hazırlıq işləri həyata keçirilir.

Bu proses zamanı həmçinin kənar və ətraf ərazilədə olan budanmamış,  habelə ağacların quru budaqlarının təmuzlənməsi, səkilərdə gediş-gəlişə mane olanlar  bələdiyyənin əməkdaşalrı tərəfindən budanır.

Sədrin sözlərinə görə, Horadiz şəhəri işğaldan azad edildikdən sonra şəhər simasını köklü şəkildə dəyişib. şəhərdə abadlıq və quruculuq işləri daim öz axarı ilə və planlı şəkildə həyata  keçirilir.

Bələdiyyənin əsas məqsədi bundan sonra da sakinlərin   sosail  rifah halının yaxşılaşdırılması üçün çalışmaqdır.

 Belediyye.info

ŞƏRHLƏR