"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Horadizdə bələdiyyə nümayəndələri üçün seminar keçirilib

--2016-09-01 / 18:59

ədliyyə Nazirliyinin imişli regional ədliyyə şöbəsinin təşkilatçılığı ilə avqustun 31-də Füzuli rayonunun Horadiz şəhərində bələdiyyə nümayəndələri üçün seminar keçirilib.

Seminarda çıxış edən imişli regional ədliyyə şöbəsinin rəisi Hakim Məmmədov bələdiyyələrin inkişafı ilə bağlı ədliyyə Nazirliyi tərəfindən həyata keçirilən tədbirlər, nazirliyin Bələdiyyələrlə iş Mərkəzinin və regional ədliyyə şöbələrinin bələdiyyə üzvlərinin və qulluqçularının hüquqi maarifləndirilməsi, onlara metodiki kömək göstərilməsi və fəaliyyətlərinə inzibati nəzarət sahəsində gördüyü işlər barədə məlumat verib, qarşıda duran vəzifələrdən danışıb.

imişli regional ədliyyə şöbəsindən AZəRTAC-a bildiriblər ki, Hakim Məmmədov daha sonra torpaq qanunvericiliyinin pozulması hallarına qarşı mübarizənin gücləndirilməsi məqsədilə Cinayət və inzibati Xətalar məcəllələrinə əlavə olunmuş məsuliyyəti artıran yeni normaların tətbiqi, bələdiyyə torpaqlarının idarə olunmasında qanunçuluq, yerli vergi və ödənişlərin yığılmasında bələdiyyələrin hüquq və vəzifələri mövzularında seminar iştirakçılarına ətraflı məlumat verib.

Sonra imişli regional ədliyyə şöbəsinin əməkdaşı Ruslan ismayılov “Vətəndaşların müraciətləri haqqında” Qanunda yeniliklər və tələblər, bələdiyyələrdə və bələdiyyə müəssisələrində kargüzarlığın təşkili; (“Dövlət və bələdiyyə orqanlarında, dövlət və bələdiyyə mülkiyyətində olan və ya payların (səhmlərin) nəzarət zərfi dövlətə və bələdiyyəyə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında vətəndaşların müraciətləri ilə bağlı kargüzarlığın aparılması Qaydası”) mövzularında seminar iştirakçılarına ətraflı məlumat verib.

Sonda imişli regional ədliyyə şöbəsinin əməkdaşları iştirakçıların suallarını cavablandırıblar.

http://azertag.az/xeber/988676

ŞƏRHLƏR