"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Humanist addıma bələdiyyədə qoşulub

--2016-06-02 / 18:24

Binəqədi rayon Binəqədi bələdiyyəsinin yaydığı məlumata görə, rayon icra Hakimiyyətinin dəstəyi, Yeni Azərbaycan Partiyası Binəqədi Rayon təşkilatı və Binəqədi qəsəbə Bələdiyyəsinin təşkilatçılığı ilə 28 may – Respublika günü və 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibətilə sosial aksiya keçirilib.

Aksiyada  əlil Uşaq və Gənclərlə iş Mərkəzinin nəzdində olan 50-dək fiziki qüsurlu uşaq və yeniyetmə  Quba şəhərinə ekskursiya aparılıb. Ekskursiya çərçivəsində Quba şəhərinin tarixi yerlərni,  Qırmızı qəsəbə, Quba Tarix Diyarşunaslıq Müzeyi ilə tanış olublar.

Daha sonra isə Quba Soyqırımı Memorial Kompleksində olan Mərkəz üzvləri ermənilərin əsrlər boyu Azərbaycan xalqına qarşı tutduları təcavözkar mövqe və törətdikləri soyqırımın nəticələrini  izləyiblər. Sonra layihə iştirakçıları Nüqədi gölünə gediblər. Ecazkar Nüqədi gölünün sahillərində piknik edən iştirakçılar müxtəlif oyunlar oynayıb, yarışlar keçiriblər.

Qaliblər müxtəlif hədiyyələr qazanıblar.

Belediyye.info

ŞƏRHLƏR