Azərbaycan Qəsəbə Bələdiyyələrinin Milli Assosasiyasının idarə Heyətinin iclası keçirilib. iclasda Prezident Adminstrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin Bələdiyyələrlə iş sektorunun müdiri Emin Eyvazov və Assosasiyanın idarə Heyətinin üzvləri iştirak edib.
Belediyye.infoya daxil olan məlumata görə, assosasiyanın idarə Heyətinin iclasında Avropa şurası Yerli və Regional Hakimiyyətlər Konqresində Azərbaycan nümayəndə heyətinin yeni tərkibinin təsdiqi və Bələdiyyələrin avtomatlaşdırılmış məlumat sisteminin tətbiqi barədə məsələlər müzakirə edilib. iclasda bildirilib ki, bələdiyyələrin fəaliyyətinin səmərəli təşkili üçün yerli büdcənin lazımi səviyyədə formalaşdırılması, yerli vergi və ödəniş ödəyicilərinin, habelə vergitutma və ödəniş tətbiq edilən obyektlərin uçotunun düzgün aparılması, bununla da bələdiyyələrin maliyyə-iqtisadi potensialının əsaslarının gücləndirilməsi prioritet məsələdir.
Müzakirələrdən sonra idarə Heyətində yerli vergi və ödənişlərin avtomatlaşdırılmış məlumat sistemi proqramının bütün bələdiyyələrdə tətbiqi, həmçinin bununla bağlı regional seminarların keçirilməsinə dair qərar qəbul edilib.
idarə Heyətinin digər qərarı ilə Avropa şurası Yerli və Regional Hakimiyyətlər Konqresində ölkəmizi təmsil edəcək altı nəfərdən biri Azərbaycan Qəsəbə Bələdiyyələrinin Milli Assosasiyasının sədri, M.ə.Rəsulzadə Bələdiyyəsinin sədri Hümbət Hüseynov olacaq.
Belediyye.info
|
|
|