"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Hümbət Hüseynov yenidən assosiasiya sədri seçilib

--2022-12-21 / 14:38

Bu gün Sabunçu rayonu Bakıxanov qəsəbəsində Bakı Gənclər Mərkəzində Azərbaycan Qəsəbə Bələdiyyələrinin Milli Assosiasiyasının ümumi yığıncağı keçirilib.

Respublikanın 141 qəsəbə bələdiyyələrindən və Naxçıvan Muxtar Respublikası qəsəbə Bələdiyyələrinin Assosiasiyasından seçilmiş 141 nümayəndənin iştirakı ilə keçirilən ümumi yığıncaqda Azərbaycan Qəsəbə Bələdiyyələrinin Milli Assosiasiyasının 2022-ci ildə fəaliyyəti haqqında hesabatı, Nəzarət-təftiş komissiyasının hesabatı, Milli Assosiasiyanın 2023-cü il üçün büdcəsi, eləcə də təşkilati məsələlər müzakirə olunub.

Binəqədi rayonu M.ə.Rəsuzladə bələdiyyəsinin sədri Hümbət Hüseynov yenidən yekdilliklə Azərbaycan Qəsəbə Bələdiyyələrinin Milli Assosiasiyasının sədri seçilib.

Tədbirdə Prezident Administrasiyasının ərazi-təşkilat şöbəsinin Bələdiyyələrlə iş sektorunun müdiri Fərid əliyev, ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş mərkəzinin rəisi Rəhman Məmmədov iştirak ediblər.

Belediyye.info

ŞƏRHLƏR