"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Hüquqi cəhətdən bu məsuliyyət...

--2018-04-25 / 02:59

“istehsalat və məişət tullantıları haqqında” Azərbaycan Respublikasının Qanununun 12-ci maddəsində yaşayış məntəqələrinin məişət tullantılarından təmizlənməsinə tələblərlə bağlı   təsbit olunmuşdur ki, yaşayış məntəqələri ərazisinin sanitariya qaydalarına, gigiyena və ekoloji normativlərə uyğun olaraq təmizlənməsi, məişət tullantılarının müvəqqəti saxlanılması, müntəzəm daşınması və zərərsizləşdirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Məişət tullantılarının  daşınması ilə bağlı öhdəliklərin icra mexanizmi olmadığından işləmir və qanunla müəyyən edilən cərimələr də daha çox maliyyə vəsaiti olmayan “arxasız” bələdiyyələrə tətbiq edilir. 2002-ci ilədək  zibillərin daşınması yerli özünüidarə qurumlarının səlahiyyətində idi. Sonradan bu iş rayon icra hakimiyyətlərinə verildi.

Daşkəsən rayonunda Xoşbulaq istirahət zonasıdır. Bu qədər məişət tullantısı yalnız həmin ərazidə fəaliyyət göstərən  kafe, restoran və hotelləri işlədən şəxslər tərəfindən tökülə bilər. Mövcud qanunvericiliyə uyğun olaraq bələdiyyə ərazisində mehmanxana, sanatoriya-kurort və turizm xidmətləri göstərən şəxslər istirahətə gələn hər bir şəxsdən sutkada 1,1 manatdan çox olmayan vəsaiti almalıdır  və növbəti ayın 5-dək müvafiq bələdiyyənin büdcəsinə ödəməlidir. əgər bələdiyyə ərazisində mehmanxana, sanatoriya-kurort və turizm xidmətləri göstərən şəxslər tərəfindən bələdiyyə büdcəsinə həmin vəsait ödənilirsə bələdiyyə sədrinə həmin ərazidə məişət tullantılarının yığılmasına nəzarət etməyi tövsiyyə etmək olar.

Məişət tullantılarının yığılmaması ilə bağlı o halda bələdiyyə sədrinə cərimə kəsilə bilər ki, bələdiyyənin məişət tullantılarının daşınması ilə bağlı öhdəliyi olsun, həmin ərazi bələdiyyənin inzibati ərazisi olsun, o əraziyə zibil yeşikləri qoyulmadan həmin ərazidə yaşayan insanlardan məişət tullantılarının daşınması ilə bağlı bələdiyyə tərəfindən pul yığılsın və yaxud dövlət büdcəsindən məişət tullantılarının yığılması üçün həmin bələdiyyəyə məqsədli ayırmalar olsun.

 M. Kərimov

Azərbaycan Bələdiyyə işçilərinin Həmkarlar ittifaqının hüquq müfəttişi

 

ŞƏRHLƏR