sorğu
“Suraxanı rayonu Qaraçuxur bələdiyyəsi daima seçicilərin yanında olaraq onlarla görüşlər keçirir, sakinlərin qaldırdığı problemlərin həllinə çalışır"- bu fikirləri Belediyye.infoya sədr ixtiyar Nəcəfov bildirib. Onun sözlərinə görə, "Azərbaycanda Yerli Demokratiya Həftəsi" çərçivəsində bələdiyyə tərəfindən təşkil edilən görüşlərdə yüzlərcə qəsəbə sakini iştirak edərək öz fikirlərini bələdiyyənin məsul şəxsləriylə bölüşüblər.
Sədr bildirib ki, həftə ərzində "Açıq qapı" günləri təşkil edilmiş, bələdiyyənin inzibati binası qarşısında poct qutusu quraşdırılmışdır.
Sədrin fikrincə, sakinlərin sosial rifahı naminə qəbul edilən qərarlarda əsas məqsəd sakin-bələdiyyə münasibətlərini inkişaf etdirmək olub.
Belediyye.info