Kocaeli Böyükşəhər bələdiyyə sədri Tahir Büyükakın qərarını aldıqdan sonra böyükşəhər bələdiyyəsi önündə keçirilən mərasimlə keçmiş sədr ibrahim Karaosmanoğlının xeyr duasını alıb. Büyükakını mərasim öncəsi böyükşəhər bələdiyyəsi üzvləri və işçi aparatı qarşılayıb. (https://www.kocaeligazetesi.com.tr/haber/1938816/karaosmanoglu-veda-etti-buyukakin-merhaba-dedi)
Bu barədə məlumatı Türkiyə mətubatı yazıb
şəhərin bələdiyyə binası qarşısında əvvəlki dövr bələdiyyə sədri ibrahim Karaosmanoğlunu yenmi seçilən sədr qapıda qarşıladı.
Karaosmanoğlu, şəxsi heyətlə vidalaşarkən Büyükakın isə personala "salam” dedi. Sonra vida çıxışı edən Karaosmanoğlu, "şükr edirəm, çox xoşbəxtəm. 15 il Kocaelimizin gözəl insanlarına gözəl xidmət etdiyimizə inanıram. Kocaeli dünəni ilə bu günü arasında gözəl istiqamətdə dəyişikliklər var. insanımızın da üzündən seçkilərin nəticələrindən insanlarımızın məmnun olduğunu görürəm" dedi.
“Böyükşəhər bələdiyyə sədri ötən 15 ildə çox gözəl xidmət etdi”- deyən Büyükakın, "Boz bir şəhəri yam-yaşıl bir şəhərə çevirdi. şəhərə aparmış olduğu bu xeyirli xidmətlərə görə prezidentimizə və iş yoldaşlarına çox təşəkkür edirəm. Bundan sonrakı yol yürüşümüz eyni prinsiplərə və qayda-qanun davam edəcək. Millətin razılığını aldıqdan sonra rəbbimizin də razılığını alacağıq inşallah" şəklində danışdı.
Vida görüşündən sonra ibrahim Karaosmanoğlu bələdiyyə avtobusuyla evinə getdi.
Karaosmanoğlu dayanacaqdan yola salmağa çoxlu sayda polis əməkdaşı gəldi.
Qeyd edək ki, ibrahim Karaosmanoğlu həmdə Türk Dünyası Bələdiyyələr Birliyinin prezidentidir.
Belediyye.info
|
|
|
|