Belediyye.infonun elektorn poçtuna belə bir sorğu məktubu daxil olub.
- Həyat yoldaşım rəsmi qaydada bələdiyyədən 30 il müddətinə bir hektar həcmində torpaq sahəsini icarəyə götürmüşdü. Ondan əvvəl isə həmin torpaq sahəsi ikillik götürərək vaxtlı vaxtında bələdiyyəyə illik torpaq vergisini də vermişdi. Koronovirus pandomiyasının şiddətli dövründə virusa yoluxan həyat yoldaşım dünyasını dəyişdi.
Bundan sonra da bizim ağırlı-acılı günlərimiz başladı. Bələdiyyə sədri hər gün mənzilimizə gələrək torpaq sahəsinin başqasına verəcəyini bildirərək bir növ ailə üzvlərimizə təyziq göstərməyə başladı. Eşitdiyimizə gorə bələdiyyə sədri həmin ərazini başqa bir adama söz veribmiş. Öyrənmək istərdik ki, bələdiyyə sədri icarə müddəti bitməmiş həmin torpaq sahəsini bizdən ala bilərmi? G.Qurbanova (Masallı rayonu)
Suala Belediyye.infonun ekspert qrupu cavab verir:
- Bildirmək istərdik ki, adını çəkmədiyiniz bələdiyyə sədrinin bu addımı qanunaziddir və yol verilməzdir. Bildiririk ki, hələ Ulu öndər Heydər əliyevin 11 dekabr 1998-ci ildə imzaladığı “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 15 maddəsində məhz bu kimi hallar konkert şəkildə göstərilib.
15- ci maddədə qeyd edilir:
- “Torpaq icarəsi müqaviləsinin dəyişdirilməsi, uzadılması, vaxtından əvvəl ləğv edilməsi və xitamı
Torpaq icarəsi müqaviləsinin dəyişdirilməsi, uzadılması, vaxtından əvvəl ləğv edilməsi və xitamı Azərbaycan Respublikasının mülki qanunvericiliyində və müqavilədə nəzərdə tutulmuş hallarda və qaydada həyata keçirilir.
Torpağı icarəyə verən hüquqi şəxsin yenidən təşkil edilməsi, habelə torpaq mülkiyyətçisinin hüququnun başqa şəxsə keçməsi müqavilə şərtlərinin dəyişdirilməsi və ya onun vaxtından əvvəl ləğv edilməsi üçün əsas ola bilməz.
Bu Qanun qüvvəyə mindikdən sonra icarəyə götürülmüş dövlət və bələdiyyə torpaqları özəlləşdirilərkən icarəyəverənin hüquqları yeni mülkiyyətçiyə keçir.
carə müddəti tamam olanadək icarəçi fiziki şəxs vəfat etdikdə icarə müqaviləsi üzrə hüquqlar, Azərbaycan Respublikasının mülki qanunvericiliyində müəyyən olunmuş qaydada, onun hüquqi varislərinə keçir.”
Göründüyü kimi, qanunun bu maddəsində qeyd edilir ki, icarə müddəti tamam olanadək icarəçi fiziki şəxs vəfat etdikdə icarə müqaviləsi üzrə hüquqlar Azərbaycan Respublikasının mülki qanunvericiliyində müəyyən olunmuş qaydada, onun hüquqi varislərinə keçir. Demək həyat yoldaşınız vəfatından sonra icarə hüququ onun varislərinə keçir. Bunun üçün əvvəlcə əldə etdiyiniz vərəsəlik haqqında sənədi şəxsiyyət vəsiqəsiylə bələdiyyəyə müraciət edərək bu hüququnuzu bərpa edə bilərsiniz.
Bələdiyyə sədrinin razılaşmadığı halda ədliyyə Nazirliyinə və Məhkəmə instansiyasına müraciət etmək hüququnuz var.