"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

icra başçısı Alxanlı kəndindən olan yaralı xanımı ziyarət edib

--2017-07-08 / 10:49

iyulun 4-də saat 20:40 radələrində Ermənistan silahlı qüvvələri  Alıxanlı kəndini minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutarkən mərminin qəlpələri evin sakinləri olan 50 yaşlı Sahibə Quliyeva və onun 18 aylıq nəvəsi Zəhra Quliyevanın həyatına son qoyub.  

Kənd sakini Sərvinaz Quliyeva isə yaralı halda xəstəxanaya yerləşdirilib. Bu gün Füzuli rayon icra Hakimiyyətinin Başçısı Alı Alıyev, o cümlədən  Horadiz şəhər ictimaiyyəti hər yaşdan olan insanlar,ziyalılar,məktəblilər, və bələdiyyə üzvləri Horadiz xəstəxanasında yerləşdirilən Sərvinaz Quliyevanı ziyarət ediblər. Yaralanmış Sərvinaz Quliyevanın vəziyyəti qənaətbəxşdir.  Bu barədə Belediyye.infoya məlumat Horadiz bələdiyyəsindən daxil olub.

icra başçısıyla görüşdə sakinlər inandıqlarını bildiriblər ki, Azərbaycan ordusu yağı düşmənə layiqli cavab verəcək və  şəhidlərimizin qanı yerdə qalmayacaqdır.

Bu görüşdə Horadiz bələdiyyəsinin sədri Tural Nəbiyev və digər bələdiyyə üzvləri də iştirak ediblər.

Belediyye.info

ŞƏRHLƏR