şəmkir rayon Heydər əliyev mərkəzində Azərbaycan Respublikasının Prezidenti ilham əliyevin 20 avqust 2017-ci il tarixində şəmkir rayonuna səfəri ilə bağlı ictimaiyyətlə görüş keçirilib. Bu barədə məlumatı şəmkir RiH yayıb.
Görüşdə şəmkir rayon icra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov və aparatın əməkdaşları, şəmkir rayonunda fəaliyyət göstərən idarə və müəssisə rəhbərləri və əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak edib.
Görüş Azərbaycan Respublikasının Prezidenti ilham əliyevin şəmkir rayonuna səfəri zamanı hazırlanmış videoreportajın nümayişi ilə başlayıb.
Daha sonra Alimpaşa Məmmədov tədbir iştirakçılarına Prezidentin səfəri ilə bağlı xoş təəsüratlarını bölüşüb.
icra başçısı çıxışında həmçinin 2013-2017-ci illərdə şəmkir rayonunda gedən inkişafdan, aparılan quruculuq, abadlıq və tikinti işlərindən, qeyri -neft sektorunun inkişafı üçün atılan addımlardan danışıb.
Sonda şəmkir rayonunun sosial-iqtisadi inkişafında və mədəni həyatında səmərəli xidmətlərinə görə fərqlənən idarə və müəssisələr şəmkir rayon icra Hakimiyyəti başçısının 21 avqust 2017- ci il tarixli, 131 saylı sərəncamı ilə şəmkir rayon icra Hakimiyyətinin fəxri fərmanı ilə təltif olunublar.
Təltif olunanlar arasında bələdiyyə müəsisəsinin də rəhbəri vardır.
Siyahını təqdim edirik:
• “Azəravtoyol” ASC “25 â„–-li Yol istismar idarəsi”nin kollektivi
• şəmkir Su Kanal idarəsinin kollektivi
• şəmkir Elektrik şəbəkəsinin kollektivi
• şəmkir rayon Qaz istismar sahəsinin kollektivi
• şəmkir Telekommunikasiya Qovşağının kollektivi
• “Morul Tikinti “ MMC-nin direktoru Qasımov Qabil Qasım oğlu
• şəmkir Kommunal Müəssisələr Kombinatının kollektivi
• şəmkir Kommunal Müəssisələr Kombinatının Yaşıllıq üzrə aqronomu Qasımov iltizam Qurban oğlu
Belediyye.info