Sabunçu rayon Bakıxanov bələdiyyəsinin yaydığı məlumata görə, Bakıxanov bələdiyyəsinin sədri Ramis Nəsibov Sabunçu rayon icra Hakimiyyətinin başçısı Adil Vəliyevin imzasıyla”Fəxri fərman”la təltif edilib.
R.Nəsibov “Bakıxanov qəsəbəsində aparılan abadlıq quruculuq işlərində bələdiyyənin imkanlarından səmərəli istifadə edərək fəal dəstəyə görə” təltif edilib.
Belediyye.infoya daxil olan məlumata görə, “Fəxri Fərman” Sabunçu rayon icra Hakimiyyətinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunları və 2017-ci ildə qarşıda duran vəzifələr haqqında hesabat yığıncağında bələdiyyə sədrinə təqdim edilib.
Xatırladaq ki, R.Nəsibov 2005-ci ildə Sabunçu rayon Bakıxanov bələdiyyəsində ərazi mülkiyyətinin idarə etmə şöbəsinin müdüri vəzifəsində çalışıb.
ilk dəfə 23 dekabr 2009-cu ildə III çağırış bələdiyyə seçkilərində iştirak edərək bələdiyyə üzvü seçilmiş və bələdiyyənin ilk iclasında sədrin I müavini vəzifəsində seçilib.
O, 23 dekabr 2014-cü ildə yerli özünüidarəetmə orqanlarına keçirilən IV çağırış bələdiyyə seçkilərində iştirak edərək növbəti dəfə bələdiyyə üzvü seçilib.
30 iyul 2015-ci il tarixli bələdiyyə iclasının qərarı ilə Bakıxanov bələdiyyəsinin sədri seçilib.
Belediyye.info
|
|
|
|
|
|