"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

icra başçısı bələdiyyə sədrini təltif edib

--2017-10-23 / 16:57

Füzuli rayon icra Hakimiyyətinin başçısı Alı Alıyevin müvafiq sərəncamıyla rayonun bir qrup tanınmış siması  rayonun ictimai siyasi həyatında fəal iştirakına görə “Fəxri fərman”la təltif edilib.

Bu sırada Horadiz bələdiyyəsinin sədri Tural Nəbiyevdə vardır.

Xatırladaq ki, T.Nəbiyev ikinici  dəfədir ki, bələdiyyə üzvü kimi seçkilərdə iştirak edib.

2016-cı ilin yanvar ayından  Horadiz şəhər bələdiyyəsinin sədri seçilib.

Eyni zamanda 2010-cu ildən YAP Füzuli rayon təşkilatında Gənclər Birliyinin sədri, respublika üzrə YAP Gənclər Birliyi siyasi şurasının üzvüdür.

T.Nəbiyev həmçinin  Füzuli bələdiyyələr şurasının sədridir.

Belediyye.info

ŞƏRHLƏR