Binəqədi Rayon icra Hakimiyyəti başçısı Aparatında Rayon icra Hakimiyyəti başçısı Xaləddin isgəndərovun sədrliyi ilə rayon bələdiyyələrinin səlahiyyətli şəxslərinin iştirakıyla görüş keçirilib. Görüşdə bələdiyyə sədrləri və müavinləri iştirak ediblər. Bu barədə məlumatı Binəqədi RiH yayıb.
Görüşdə Binəqədi Rayon icra Hakimiyyəti başçısının müavinləri, Aparatın şöbə müdirləri, bələdiyyə sədrləri, bələdiyyə sədrlərinin müavinləri və bələdiyyə gəlirləri və yerli vergilər şöbələrinin müdirləri iştirak ediblər.
Görüşdə bələdiyyə sədrləri çıxış edərək rəhbərlik etdikləri bələdiyyələrdə mövcud maliyyə durumu, bələdiyyə vergilərinin və rüsumlarının yığılması vəziyyəti, bu sahədə mövcud olan çətinliklər və problemlər barədə məlumat veriblər. Görüşdə müzakirə olunan məsələlər barəsində geniş fikir mübadiləsi aparılaraq bir sıra təkliflərdə səsləndirilib.
Qeyd edilib ki, hazırda ölkə həyatının bütün sahələrində olduğu kimi, bələdiyyələrdə də işin keyfiyyətinin yaxşılaşdırılması, bələdiyyələrin nüfuzunun artırılması, onların maliyyə vəziyyətinin yaxşılaşdırılması, bələdiyyələrdə idarəçiliyin təkmilləşdirilməsi, bələdiyyə-seçici münasibətlərinin inkişaf etdirilməsi istiqamətində ölkə Prezidenti ilham əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, qanunvericiliyin bazası möhkəmləndirilir, məqsədyönlü tədbirlər həyata keçirilir.
Bu istiqamətdə Binəqədi rayon bələdiyyələrinə keçirilən sonuncu seçkilərdən sonra rayonda formalaşan bələdiyyələrdə xeyli dərəcədə keyfiyyət dəyişikliyi baş verib.
Bununla belə həmçinin qeyd edilib ki, bələdiyyələrin mövcud potensialından daha səmərəli istifadə etmək üçün hələ çox iş görülməlidir.
iclasda bələdiyyələrin vergi və rüsumlarının yığılması, bələdiyyə gəlirlərinin artırılması, bələdiyyələrin maliyyə vəziyyətinin sağlamlaşdırılması və iqtisadi imkanlarının artırılması məqsədilə təklif və tövsiyələr səsləndirilib.
Belediyye.info
|
|
|
|
|
|
|
|
|
|