"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

icra başçısı bələdiyyənin hesabat yığıncağında

--2016-01-26 / 10:14

Mərdəkan Mədəniyyət sarayında Mərdəkan bələdiyyəsi və Mərdəkan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 2015-ci ilin yekunlarına və 2016-cı ildə qarşıda duran vəzifələrə həsr olunmuş birgə hesabat yığıncağı keçirilib. Bu baərədə məlumat Xəzər rayonu Mərdəkan bələdiyyəsindən daxil olub. 

Məlumat da bildirilir ki, hesabat yığıncağında Xəzər Rayon icra Hakimiyyətinin Başçısı Gülağa islamov, Milli Məclisin  üzvü Rauf  əliyev, rayon icra Hakimiyyəti Başçısının müavinləri, idarə, müəssisə və təşkilat rəhbərləri də iştirak ediblər.

Hesabat yığıncağını giriş sözü ilə açan Xəzər rayon icra Hakimiyyətinin Başçısı Gülağa islamov ölkə rəhbərliyi tərəfindən Bakı şəhəri və onun qəsəbələrinə olan diqqət və qayğının artması nəticəsində Xəzər rayonunda da bir sıra işlərin həyata keçirilməsini vurğulayıb. Həmçinin bildirdi ki, dövlət başçısının həyata keçirdiyi yeni inkişaf konsepsiyasında ölkə paytaxtının və regionlarının sosial-iqtisadi inkişafı, şəhər və rayonların abadlaşdırılması, yeni infrastruktur layihələrinin davamlı olaraq icra edilməsi əsas istiqamətlər kimi qarşıya qoyulub.

Yığıncaqda Mərdəkan bələdiyyəsinin sədri M.Hüseynov çıxış edərək, əhaliyə bələdiyyənin son bir il ərzindəki fəaliyyəti və gələcək layihələr barədə geniş məlumat verib.

Ölkənin hər bir yerində 2015-ci ilin yekunları müzakirə olunur, qarşıda duran vəzifələr müəyyən edilir. Bu, ilk növbədə korrupsiyaya qarşı mübarizədə şəffaflığın təmin edilməsi, görülən işlər barədə sakinlərə məlumat verilməsi ilə bağlıdır.

Mərdəkan bələdiyyəsi Prezident ilham əliyevin Fərman və Sərəncamlarına, Azərbaycan Respublikası Konstitusiyasına, yerli özünüidarəetməyə dair qanunlara,  Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına, digər hüquqi-normativ aktlara müvafiq olaraq fəaliyyət göstərir. Bələdiyyələr bu gün ölkəmizin sosial-iqtisadi və mədəni həyatında öz tövhələrini verməkdədir. Bələdiyyələr artıq formalaşır, maliyyə və digər imkanları genişlənir. Təbii ki, bu sahədə əldə olunan uğurlar dövlətin bilavasitə qayğısı və diqqəti sayəsində əldə olunur.

Bələdiyyənin fəaliyyəti barədə məlumatların mətbuatda dərc edilməsi də, korrupsiyaya qarşı mübarizədə şəffaflığın təmin edilməsi, görülən işlərin ictimaiyyətə çatdırılmasına xidmət edən bir addımdır.

Sədr çıxışında il ərzində bələdiyyənin 12 iclasının keçirildiyini bidirib. Daimi komissiya tərəfindən bələdiyyə iclaslarının müzakirəsinə bir sıra məsələlər çıxarılmış, hüquqi aktların qəbul olunması üçün rəy və təkliflər hazırlanmışdır. Bələdiyyə tərəfindən qəbul edilmiş müvafiq aktlar qanunauyğun olaraq, nəzarət qaydasında baxılması üçün ədliyyə Nazirliyi Bələdiyyələrlə iş Mərkəzinə göndərilib.

Sədrin sözlərinə görə,  ötən dövr ərzində Mərdəkan bələdiyyəsinə 300 məktub və 64 ərizə daxil olub. Müxtəlif məsələlərlə bağlı bələdiyyə tərəfindən sosial-məişət, təsərrüfat quruculuğu ilə əlaqədar 310 vətəndaş qəbul edilib və onları maraqlandıran məsələlərə aydınlıq gətirilib, o cümlədən şikayətlərin həlli üçün tədbirlər görülüb. “Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq, daxil olan məktub, ərizə və şikayətlərin hər birinə vaxtında baxılmış, nəticəsi barədə onlara məlumat verilib.

Bələdiyyənin  qəbul etdiyi əhalinin sosial-müdafiə proqramına uyğun olaraq, il ərzində  qəsəbədəki aztəminatlı, imkansız ailələrə maddi yardımlar edilib və bu kateqoriyadan olan insanlara yaxınlarının  yas mərasiminin keçirilməsinə köməklik göstərilməsi bələdiyyənin diqqət mərkəzində olub.

Məhəllə Komitələrinin bilavasitə təşəbbüsü və köməkliyi sayəsində qəsəbə ərazisindəki orta məktəblərdə yeni dərs ilinin başlanması ilə əlaqədar, sentyabr ayının 1-dən 15-dək “Təmiz küçə”, “Abad məhəllə” devizi altında təmizlik işləri aparılib.  

Qəsəbənin dislokasiyaya uyğun olaraq, küçələrindən və bağlar massivindən məişət tullantılarının yığılıb daşınmasının təşkili və nəzarəti həyata keçirilib.

Mərdəkan qəsəbəsində aparılan yaşıllaşdırma işlərilə əlaqədar, Tibbi Reabilitasiya Xəstəxanasına 50 ədəd  şam ağacı, H.Z.Tağıyev adına 123 saylı tam orta məktəbə də 50 ədəd şam ağacı alınıb verilib.

Yeni yolun Buzovna - Mərdəkan - Qala yolunun Mərdəkan hissəsində və Dalğa-Arena” idman Mərkəzinin qarşısında qurumuş ağacların yerinə cavan şam ağacları əkilmişdir. Ümumilikdə, qəsəbədə 1450 ədəd ağac əkilib.

Novruz bayramı münasibətilə keçirilmiş ümumrayon tədbirində Mərdəkan bələdiyyə üzvləri də yaxından iştirak edib.

Azərbaycan xalqının Ümummilli Lideri Heydər əliyevin anadan olmasının 92-ci  ildönümü ilə əlaqədar keçirilən “Gül bayramı”nda bələdiyyə tərəfindən tərtibat işləri görülüb.

Qəsəbədəki  yeniyetmə və gəncləri sağlam həyat tərzinə cəlb etmək məqsədilə, onların öz asudə vaxtlarını səmərəli keçirmələri üçün, bir sıra tədbirlər həyata keçirilmişdir.

Rayon Gənclər və idman idarəsi ilə birlikdə bələdiyyədə təmsil olunan gənclərlə, “Dövlət gənclər siyasətinin həyata keçirilməsində fəal iştirak” mövzusunda dəyirmi masa və “Beynəlxalq insan hüquqları günü” ilə əlaqədar “Azərbaycan müasir inkişaf yolunda”  mövzusunda  görüşlər keçirilib.

Qəsəbənin orta məktəblərində “Beynəlxalq Ailə Günü” münasibətilə, şagirdlər arasında keçirilən inşa yazı müsabiqəsində yer tutan və  məktəb həyətini yaşıllaşdırmaq, abadlaşdırmaq məqsədilə keçirilən “Təbiəti sevənlər” müsabiqəsi qaliblərinə mükafatlar təqdim olunub.

Cari ildə görləcək işlərdən danışan sədr qeyd edib ki,  qəsəbədə inşa edilən “Mərasim evi”nin tikinti işləri davam etdirilir və 2016-cı ilin sonunadək tam istifadəyə verilməsi nəzərdə tutulub.

Mərdəkan bələdiyyəsi öz fəaliyyətində qanunvericiliyə əməl etməklə, sosial problemlərin həll edilməsi üçün bütün imkanlarından istifadə edəcək və qaşıdakı illərdə də işgüzarlığını saxlamaqla, əhali arasında çevik qurum kimi fəaliyyətini davam etdirmək əzmindədir.  

Mərdəkan bələdiyyəsinin sədri M.Hüseynov çıxışında əhalini narahat edən məsələlərə də toxunaraq və onların həlli yolları barədə ciddi fikir mübadiləsi aparıb.

Müzakirələrdə qəsəbə sakinləri  fəal iştirak ediblər.

Buzovna-Mərdəkan-Qala yolunun Mərdəkan hissəsində və “Dalğa Arena” idman Mərkəzinin qarşısında salınan yaşıllıq zolağı ətrafında müsbət müzakirələr gedib və təklif olunub ki, 2016-cı ildə bu ərazilərdə yaşıllıq zolaqlarının  artırılması  nəzərdə tutulsun.

Ciddi fikir mübadiləsindən sonra hesabat qənaətbəxş hesab edilib.

Belediyye.info 

ŞƏRHLƏR