"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

icra başçısı bələdiyyənin inzibati binasında qəbul keçirib

--2019-07-29 / 07:45

Binəqədi rayonu Binəqədi bələdiyyəsinin inzibati binasında 8-ci mikrorayon sakinləri ilə Rayon icra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin “Açıq qapı” formatında növbəti görüşü keçirilib

Görüşdə Rayon icra Hakimiyyəti başçısının birinci müavini ilqar Süleymanov, ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Ramiz Göyüşov, xidmət sahələrinin rəhbərləri və Binəqədi bələdiyyəsinin rəsmiləri iştirak edib. Bu barədə məlumatı Binəqədi RiH yayıb.

Görüşə gələn sakinlər çıxış edərək ərazidə gedən abadlıq və quruculuq işlərinə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirdilər və onları narahat edən bəzi nöqsan və çatışmazlıqların aradan qaldırılmasını xahiş etdilər.

Rayon icra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev sakinlər tərəfindən qaldırılan məsələlərin həlli ilə əlaqədar aidiyyəti qurum rəhbərlərinə konkret tapşırıqlar verib.

 Belediyye.info

ŞƏRHLƏR