"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

icra başçısı bələdiyyəyə də təşəkkürünü bildirib

--2015-11-18 / 22:10

Ağdamın Cəmənli kəndində eyni gündə kitabxana və 75 nəfərlik uşaq bağçasının təmirdən sonra uşaq və gənclərin istadəsinə verilib.

Belediyye.infoya daxil olan məlumata görə, tədbirdə çıxış edən Ağdam rayon icra Hakimiyyətinin başçısı Raqub Məmmədov əməyi olanların hər birinə öz təşəkürünü bildirib. icra başçısı yerli Çəmənli bələdiyyəsinə də bu istiqamətdə göstərdiyi köməyə görə  təşəkkür etməyi unutmayib.

Çıxışında icra başçısı Çəmənli kəndinin tarixindən, bu kəndin həm Ağdam, həm də Azərbaycana verdiyi şəxsiyyətlər haqqında da danışıb. Daha sonra R.Məmmədov qeyd edib:

- Bu gün təmas xəttində yaşayan Çəmənli kəndi  vətəninə, dövlətinə və prezidentinə daim sədaqət nümayiş etdirib. Düşmənin bir addımlığında yaşayan kənd öz qorxmazlığı, zəhmətsevərliyi  və fədakarlığı ilə seçilir.

Təmas xətti istiqamətində yerləşən yaşayış məntəqələrində carı ildə bir çox mədəniyyət və təhsil ocaqları istifadəyə verilib.

Bu günlərdə “şəhidlər” abidə kompleksinin açılışı da  keçiriləcək.

Çıxışının sonunda icra başçısı bütün bu addımları və  geniş məzmunlu layihələri cənab Ali Baş Komandanın  əmriylə işğaldan azad edəcəyimiz Ağdam şəhərində və işğal altında olan digər yaşayış məntəqələrində həyata keçirməyə  hazır olduqlarını bildiridi.

Belediyye.info

ŞƏRHLƏR