Biləcəri bələdiyyəsinin inzibati binasında Binəqədi rayon icra Hakimiyyətinin başçısı Xaləddin isgəndərov növbəti səyyar qəbul keçirib.
Qəbulda rayonun və bələdiyyənin rəsmiləri iştirak ediblər.
Qəbulu Rayon icra Hakimiyyətinin başçısı Xaləddin isgəndərov açaraq, Azərbaycan Respublikasının Prezidenti cənab ilham əliyevin rəhbərliyi altında ölkədə abadlıq və quruculuq sahəsində görülən işlərdən, sosial-iqtisadi sahədə əldə edilmiş nailiyyətlərdən və qarşıda duran vəzifələrdən ətraflı danışıb.
Daha sonra qəsəbə sakinləri çıxış edərək ərazidə gedən abadlıq və quruculuq işlərinə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər və onları narahat edən bəzi nöqsan və çatışmazlıqların aradan qaldırılmasını xahiş ediblər.
Rayon icra Hakimiyyətinin başçısı Xaləddin isgəndərov sakinlər tərəfindən qaldırılan məsələlərin həlli ilə əlaqədar aidiyyəti qurum rəhbərlərinə konkret tapşırıqlar verib.
Belediyye.info