"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

icra başçısı hərəkətə keçdi

--2018-08-03 / 09:48

Binəqədi rayon icra Hakimiyyəti Aparatında kadr dəyişikliyi edilib.


Bu yaxınlarda Binəqədi rayon icra Hakimiyyətinin başçısı təyin edilmiş Elxan Allahverdiyev Modern.az-a müsahibəsində dediyi kimi, işinin öhdəsindən gələ bilməyən məmurları yola salmaqda davam edir.

Modern.az-ın məlumatına görə, Binəqədi rayon icra Hakimiyyəti Aparatında Təsərrüfat şöbəsinin müdiri Qüdsi Bayramov və müdir müavini Elşad Rəhimov tutduqları vəzifədən azad ediliblər.

Təsərrüfat şöbəsinin müdiri vəzifəsinə Azər  Aydin oğlu Kərimov təyin olunub.

Belediyye.infonun əldə etdiyi məlumata görə, E.Rəhimovun yerinə Cəfərov Tapdıq Xanış oğlu təyinat alıb.

Bildirilir ki, Qüdsi Bayramov rayon yaşıllaşdırma müəssisəsinə təyanat alacaq.

Qeyd edək ki, həmin müəssisənin rəhbəri Maşallah Məmmədov bir müddət öncə dünyasınını dəyişimişdi.

Belediyye.info

 

ŞƏRHLƏR