"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

icra başçısı hesabat yığıncağında

--2016-01-28 / 21:18

Binəqədi Rayon icra Hakimiyyəti başçısının Rəsulzadə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin və Rəsulzadə bələdiyyəsinin 2015-ci ildəki fəaliyyətlərinə dair hesabat yığıncağı keçirilib.

Hesabat tədbirində Binəqədi Rayon icra Hakimiyyətinin başçısı Xaləddin isgəndərov,  Binəqədi Rayon icra Hakimiyyəti başçısının müavinləri, Binəqədi Rayon icra Hakimiyyəti başçısı Aparatının şöbə müdirləri, dövlət idarə, müəssisə və xidmət sahələrinin rəhbərləri və sakinlər iştirak edib.  Bu barədə məlumat M.ə.Rəsulzadə bələdiyyəsindən daxil olub.

Tədbirdən öncə qəsəbə ərazisində fəaliyyət göstərən müəssiəsələrin istehsal etdiyi məhsullardan ibarət sərgiyə baxış keçirilib.

Hesabat tədbirini  giriş sözüylə açan Binəqədi Rayon icra Hakimiyyətinin başçısı Xaləddin isgəndərov Azərbaycan Prezidenti ilham əliyevin rəhbərliyi altında ölkədə  sosial-iqtisadi sahədə əldə edilmiş nailiyyətlər barədə ətraflı məlumat verib.

Daha sonra Binəqədi Rayon icra Hakimiyyəti başçısının Rəsulzadə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Mübariz Məmmədov və Rəsulzadə bələdiyyəsinin sədri Hümbət Hüseynov 2015-ci il ərzində görülən işlər barəsində hesabat məruzəsi ilə çıxış ediblər.

Məruzə ətrafında qəsəbə sakinlərindən Məmməd Kazımov, Sabir Həsənov, ələddin Hacıyev və başqaları çıxış edərək öz münasibətlərini bildiriblər.

Belediyye.info

ŞƏRHLƏR