Binəqədi Rayon icra Hakimiyyətinin başçısı Xaləddin isgəndərovun yanında başçının müavinlərinin və aparatın şöbə və sektor müdirlərinin iştirakı ilə RiH başçısının aparatında, Qəsəbə və sahə icra nümayəndəliklərində, ikili tabeli qurumlarda “icra inzibatçılığının gücləndirilməsi” mövzusunda müşavirə keçirilib. Bu barədə məlumatı Binəqədi RiH yayıb.
Müşavirəni giriş sözü ilə açan RiH başçısı Xaləddin isgəndərov son illər və 2017-ci ildə RiH başçısı aparatında və tabeli qurumlarda icra inzibatçılığının təkmilləşdirilməsi və icra intizamına əməl olunması sahəsində görülən işlərdən danışıb.
Sonra müzakirə olunan mövzu üzrə RiH başçısının müavinlərinin və şöbə müdirlərinin məlumatı dinlənilib.
RiH başçısı Xaləddin isgəndərov yekun nitqində icra inzibatçılığında mövcud olan nöqsan və çatışmazlıqlardan danışıb.
Qeyd edilmişdir ki, RiH başçısı aparatında və tabeli qurumlarda RiH başçısı tərəfindən verilmiş tapşırıqların, imzalanmış sərəncamların icra vəziyyətinə nəzarətin gücləndirilməsinə,vətəndaş müraciətlərinə baxılması, səyyar görüş və qəbulların,rəhbər şəxslərin qəbul günlərinin keçirilməsi işinin təkmilləşdirilməsinə,rayon əhalisinə göstərilən kommunal xidmətlərin yaxşılaşdırılmasına,ictimai nəzarətin gücləndirilməsinə, ictimai aktiv əhali ilə ictimai birliklərlə, vətəndaş cəmiyyəti institutları ilə aparılan işin aktivləşdirilməsinə, yerlərdə əhalini narahat edən problemlərin həllinə yönəlmiş tədbirlərin gücləndirilməsinə, müxtəlif aidiyyatı qurumlar tərəfindən səyyar görüş və qəbulların keçirilməsinə, məmur vətəndaş münasibətlərində etik norma və qaydalara ciddi əməl olunmasının təmin edilməsinə, RiH başçısı aparatında və tabeli qurumlarda əməkdaşların icra intizamına görə məsuliyyətlərinin artırılmasına ehtiyac vardır.
Sonda icra Hakimiyyətinin başçısı tərəfindən müşavirədə qaldırılan məsələlərlə bağlı xüsusi tədbirlər planının hazırlanması barədə tapşırıq verilmişdir.
Belediyye.info