sorğu
şəmkir rayon icra Hakimiyyətinin başçısı cənab Alimpaşa Məmmədov şəmkirli iş adamı Yusifov Səməd Məzahir oğlu ilə işgüzar görüş keçirib.
Görüş zamanı şəmkir Rayon icra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov qonağı salamlayıb, iş adamını şəmkirdə görməkdən məmnun olduğunu bildirib.
Səməd Yusifov da şəmkir RiH başçısı cənab Alimpaşa Məmmədova səmimi qəbula görə təşəkkürünü bildirib, rayona səfəri barədə məlumat verib.
Görüş zamanı qonaq şəmkirdə həyata keçirilə biləcək layihələr haqqında söhbət açıb.
Həmçinin fəaliyyətində müvəqqəti fasilə yaranmış “Natural” Su və Konserv zavodunun yenidən fəaliyyətə başlaması və yeni su zavodunun tikintisi haqqında müzakirələr aparılıb.
Belediyye.info