"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

icra başçısı könüllülərlə görüşüb

--2017-08-17 / 17:49

Binəqədi rayon icra Hakimiyyətində 24 iyul tarixindən etibarən təcrübə keçən 10 – cu qrup ASAN könüllüləri ilə görüş keçirilib.

Görüşdə Binəqədi rayon icra Hakimiyyətinin başçısı Xaləddin isgəndərov, Binəqədi Rayon icra Hakimiyyəti başçısının müavini Aygün əliyeva, Aparatın şöbə müdiri Elman Dadaşov və 10-cu qrup ASAN könüllüləri iştirak ediblər. Bu barədə  məlumatı Binəqədi RiH yayıb.
Görüşdə Binəqədi rayon icra Hakimiyyətinin başçısı Xaləddin isgəndərov gəncləri salamlayıb və onlara könüllük peşəsini şərəflə, əzmlə icra etmələri müanisbətilə təbrik edib.

Natiq qeyd edib ki, Ulu öndər Heydər əliyev ölkə rəhbəri olduğu ilk dövrdən gənclərin himayədarı olaraq sağlam düşüncəli yeni nəslin yetişdirilməsini dövlət və cəmiyyətin mühüm vəzifəsi hesab edib. Ulu öndər Heydər əliyev dövlətin və cəmiyyətin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında gənclərin iştirakının təmin edilməsini vacib məsələlərdən biri kimi elan edib.

 
Natiq onu da vurğulayıb ki, bu gün bu siyasət ölkə başçısı ilham əliyev tərəfindən uğurla davam etdirilir. Ölkəmizin əldə etdiyi sosial-iqtisadi, ictimai-siyasi inkişaf səviyyəsi gəncliyin də mənəvi-psixoloji yüksəlişini təmin edib.

Bu gün Sizlərin bütün dövlət qurumlarında bu cür təcrübə keçməyiniz çox məsuliyyətli və gələcək həyatınız üçün önəmlidir. Hər birinizə bu yolda uğurlar diləyirəm.
Daha sonra gənclər öz təəssüratlarını bölüşərək şöbələrdə öyrəndikləri işlər haqqında ətraflı məlumat veriblər.

Belediyye.info

ŞƏRHLƏR