Ölkə başçısı ilham əliyevin regionlarda aqrar sahənin inkişafı ilə bağlı verdiyi tapşırıqlara uyğun olaraq Göyçay rayonunda baramaçılığın inkişafına xüsusi diqqət göstərilir.
Göyçay rayonunda barama qurdlarının becərilməsi vəziyyəti ilə tanış olmaq məqsədi ilə rayon icra hakimiyyəti başçısının rəhbərlik etdiyi işçi qrup şəhadət, ərəbcəbirli, Potu, Çərəkə kənd inzibati ərazi dairələri üzrə nümayəndəliklərinin ərazisində barama saxlanılması vəziyyəti ilə tanış olub və kümçülərlə görüş keçirib.
Yerlərdə keçirilən görüşlər zamanı rayon icra hakimiyyətinin başçısı M.Səlimzadə ölkəmizdə baramaçılığın inkişafı istiqamətində görülən işlərdən söz açıb.
Daha sonra barama saxlanılması üçün yaradılan şəraitlə tanış olub və onların yem bazası ilə təminatının vəziyyəti ilə maraqlanıb.
Yekunda rayon rəhbəri tərəfindən barama qurdlarının itkisiz yetişdirilməsi ilə bağlı lazımi tövsiyyə və tapşırıq verillib.