Belediyye.infoya daxil olan məlumata görə, Xətai RiH- başçısı Razim Məmmədovun müvafiq əmriylə başçısnın müavini Teymur əzizov tutduğu vəzifədən azad edilib. Müavinin işdən azad edilməsini Xətai RiH-də təsdiq ediblər.
Məlumata görə, onun səlahiyyətlərini hazırda ərazi idarəetmə və Yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Etibar əhmədov icra edir.
Teymur əzizov həmdə Ağ şəhər layihəsi üzrə RiH yanında yaradılan komissiyanın sədri olub.Verilən məlumata görə, vəzifədən azad edilmənin əsas səbəbi bu istiqamətdə müavinin yol verdiyi nöqsanlar olub.
Qeyd edək ki, Teymur əzizov 02.01.2001-ci ildən 02.02.2009-cu ilə kimi Xətai rayon icra Hakimiyyətinin hüquq şöbəsində hüquqşünas, 02.02.2009-cu ildən 10.02.2017-ci ilə kimi Xətai rayon icra Hakimiyyətində Hüquq şöbəsinin müdiri vəzifəsində çalışmışdır. O bu vəzifəyə cari ilin fevralında təyinat almışdı.
Belediyye.info