30 yanvar 2001-ci il tarixdə Azərbaycan Prezidentinin Fərmanı ilə Bakı şəhər icra Hakimiyyətinin başçısı təyin edilən Hacıbala Abutalıbovun bu gün 73 yaşı tamam olur.
icra başçısı-professor Hacıbala Abutalıbov kimdir?
Abutalıbov Hacıbala ibrahim oğlu 1944-cü il mayın 13-də Türkmənistanın Krasnovodsk şəhərində anadan olmuşdur. 1965-ci ildə Azərbaycan Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsini bitirib.
1968-ci ildə keçmiş SSRi-nin Leninqrad şəhərində (hazırki Rusiyanın Sankt-Peterburq şəhəri) A.F.ioffe adına Fizika-Texnika institutunda aspiranturaya daxil olmuş, SSRi Elmlər Akademiyasının müxbir üzvü, Lenin mükafatı laureatı Yevgeni Fyodoroviç Qrossun və Marina Lazaryevna Bellenin rəhbərliyi altında 1976-cı ildə namizədlik dissertasiyasını müdafiə etmiş, 1987-ci ildə isə Lenin mükafatı laureatı akademik Aleksandr Aleksandroviç Kaplyanskinin rəhbərliyi ilə həmin institutda fizika-riyaziyyat elmləri doktoru yüksək elmi dərəcəsi adını alıb.
Fizika-riyaziyyat elmləri doktoru, professordur.
Amerika, ingiltərə, Fransa, Almaniya, Rusiya və sair dövlətlərin qabaqcıl elmi jurnallarında çap olunmuş 200-dən çox elmi əsərin və monoqrafiyanın, 30-dan çox elmi ixtiranın müəllifidir.
H.Abutalıbovun rəhbərliyi altında 10-dan çox elmlər doktoru və elmlər namizədi yetişdirib.
1988-ci ildən Azərbaycan Milli Elmlər Akademiyasının Fizika institutunda "Yarımkeçiricilərin kvant elektronikası" laboratoriyasının müdiridir.
1995-ci ilin fevral ayından 2000-ci ilin yanvar ayınadək Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə Suraxanı Rayon icra Hakimiyyətinin başçısı olub.
1999-cu ilin iyul ayında Azərbaycan Respublikası Prezidenti "Suraxanı Rayon icra Hakimiyyətinin müsbət iş təcrübəsinin yayılması haqqında" Sərəncam imzalamışdır[1].
2000-ci ilin yanvar ayından 2001-ci ilin yanvar ayına qədər Azərbaycan Respublikası Baş nazirinin müavini vəzifəsində çalışıb.
2001-ci ilin yanvar ayından Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə Bakı şəhər icra Hakimiyyətinin başçısı təyin edilib.
Yeni Azərbaycan Partiyası idarə heyyətinin üzvüdür, ailəlidir, iki oğlu var.
https://az.wikipedia.org/wiki/Hac%C4%B1bala_Abutal%C4%B1bov