Binəqədi Gənclər Evində Binəqədi Rayon icra Hakimiyyəti başçısı Xaləddin isgəndərovun 7 və 8-ci mikrorayon sakinləri ilə “Açıq qapı” vətəndaş forumu çərçivəsində növbəti səyyar qəbulu keçirilib. Bu barədə məlumatı Binəqədi RiH yayıb.
Qəbulda rayon rəhbəri ilə yanaşı, Rayon icra Hakimiyyəti başçısının müavinləri, aparatın şöbə müdirləri, hüquq mühafizə orqanlarının, rayon bələdiyyəsinin və xidmət sahələrinin rəhbərləri iştirak edib.
Sakinləri çıxış edərək ərazidə gedən abadlıq və quruculuq işlərinə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər və onları narahat edən bəzi nöqsan və çatışmazlıqların aradan qaldırılmasını xahiş ediblər.
Rayon icra Hakimiyyəti başçısı Xaləddin isgəndərov sakinlər tərəfindən qaldırılan məsələlərin həlli ilə əlaqədar aidiyyəti qurum rəhbərlərinə konkret tapşırıqlar verib.
Belediyye.info