"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

icra başçısı qəbul keçirib

--2017-07-12 / 17:58

 şəmkir rayonunda əhalinin problemlərinin yerində həlli məqsədi ilə kəndlərdə rayon icra hakimiyyəti başçısının mütəmadi olaraq səyyar qəbul-görüşləri keçirilir.

Qərbinfo.az xəbər verir ki, növbəti səyyar qəbul-görüş rayonun Zəyəm Cırdaxan kəndində baş tutub.

Tədbirdə rayon icra Hakimiyyətinin başçısı cənab Alimpaşa Məmmədov, rayonun hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri və kənd sakinləri iştirak ediblər.

əvvləcə Rayon icra Hakimiyyətinin başçısı cənab Alimpaşa Məmmədov kənd sakinlərini salamlayaraq, artıq ənənə halını almış növbəti yerlərdəki səyyar görüş-qəbuldan danışıb: “Bugünki görüşün keçirilməsində məqsədimiz cənab Prezidentin tapşırığına əsasən əhali ilə bilavasitə yerlərdə görüşüb, problemlərini dinləməkdir.”

Görüş zamanı icra başçısı Azərbaycan Respublikasının Prezidenti cənab ilham əliyevin rəhbərliyi altında ölkə həyatının bütün sahələrində olduğu kimi, sosial-iqtisadi sahədə də yüksək nailiyyətlərin əldə edildiyini, ölkəmizin eyni zamanda dünya miqyasında böyük uğurlar qazandığını bildirib: “Dünyanın hər yerində çox ciddi iqtisadi böhran yaşandığı bir vaxtda Azərbaycan möhkəm dayanıb. Çünki bu məsələlər ölkə Prezidentimizin ciddi nəzarəti altındadır və bu sahədə sağlam addımlar atılır.”

Cənab Alimpaşa Məmmədov eyni zamnda şəmkirdə görülən abadlıq-quruculuq işlərindən, rayon mərkəzində və kəndlərdə sosial xidmətlərin inkşaf etməsindən, ölkə başçısı cənab ilham əliyevin əhaliyə göstərdiyi diqqət və qayğıdan bəhs edib.

Rayon icra Hakimiyyətinin başçısı bildirib ki, əhalinin yaşayış səviyyəsinin yaxşılaşdırılması istiqamətində aparılan işlər bundan sonra da davam edəcəkdir.

Sonra vətəndaşların müraciətləri dinlənilib. Kənd sakinləri tərəfindən qaldırılan məsələlər barədə əlaqədar qurumlara tapşırıqlar verilib.        

http://qerbinfo.az/xeber/4625-cra-bas-knd-sakinlri-il-grb.html

ŞƏRHLƏR