"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

icra başçısı səyyar görüş keçirib

--2017-03-11 / 18:53

2017-cı il martın 10-da 8-ci mikrorayon, 102 saylı tam orta məktəbin akt zalında Binəqədi Rayon icra Hakimiyyəti başçısı Xaləddin isgəndərovun mikrorayon sakinləri ilə növbəti səyyar görüşü keçirilib. Bu barədə məlumatı Binəqədi RiH yayıb.

Məlumatda  qeyd edilir ki, görüşdə rayon rəhbəri ilə yanaşı, Rayon icra Hakimiyyəti başçısının müavinləri, aparatın şöbə müdirləri, məsul işçiləri, hüquq mühafizə orqanlarının, dövlət idarə, müəssisə və təşkilatlarının, xidmət sahələrinin rəhbərləri və qəsəbə sakinləri iştirak edib.

Görüşü Rayon icra Hakimiyyətinin başçısı Xaləddin isgəndərov açaraq, Azərbaycan Respublikasının Prezidenti cənab ilham əliyevin rəhbərliyi altında ölkədə abadlıq və quruculuq sahəsində görülən işlərdən, sosial – iqtisadi sahədə əldə edilmiş nailiyyətlərdən danışıb.

Daha sonra mikrorayon sakinləri çıxış edərək ərazidə gedən abadlıq və quruculuq işlərinə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirdilər və onları narahat edən bəzi nöqsan və çatışmazlıqların aradan qaldırılmasını xahiş ediblər.

Rayon icra Hakimiyyəti başçısı Xaləddin isgəndərov sakinlər tərəfindən qaldırılan məsələlərin həlli ilə əlaqədar aidiyyəti qurum rəhbərlərinə konkret tapşırıqlar verib.

Belediyye.info

ŞƏRHLƏR