"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

icra başçısı səyyar qəbul keçirib

--2018-02-23 / 12:20

Binəqədi Rayon icra Hakimiyyətinin başçısı Xaləddin isgəndərovun Biləcəri qəsəbəsi sakinləri ilə 284 saylı məktəbin akt zalında növbəti səyyar görüşü keçirildi. 

Görüşdə rayon rəhbəri ilə yanaşı, Rayon icra Hakimiyyəti başçısının müavinləri, aparatın şöbə müdirləri, məsul işçiləri, hüquq mühafizə orqanlarının, dövlət idarə, müəssisə və təşkilatlarının, yerli bələdiyyənin, o cümlədən xidmət sahələrinin rəhbərləri və qəsəbə sakinləri iştirak edib.

Görüşü Rayon icra Hakimiyyətinin başçısı Xaləddin isgəndərov açaraq, Azərbaycan Respublikasının Prezidenti cənab ilham əliyevin rəhbərliyi altında ölkədə abadlıq və quruculuq sahəsində görülən işlərdən, sosial-iqtisadi sahədə əldə edilmiş nailiyyətlərdən və qarşıda duran vəzifələrdən ətraflı danışıb.
Daha sonra qəsəbə sakinləri çıxış edərək ərazidə gedən quruculuq işlərinə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər və onları narahat edən nöqsan və çatışmazlıqların aradan qaldırılmasını xahiş ediblər.
Rayon icra Hakimiyyətinin başçısı Xaləddin isgəndərov sakinlər tərəfindən qaldırılan məsələlərin həlli ilə əlaqədar aidiyyəti qurum rəhbərlərinə konkret tapşırıqlar verib.

Belediyye.info

ŞƏRHLƏR