ilin 365 gününün hər biri yadda qalan günlərdir. Bu günlərin hər birini ömür tariximizin yeni səhifəsi kimi vərəqləyirik.
Etiraf etməliyik ki, bəzən elə günlər yaşayırıq ki, onu xatırlamaq belə istəmirik. Ancaq elə günlərdə var ki, bu və ya digər hallarda yaddaşımızda dərin izlər buraxır.
2014-cü ilin 16 aprel tarixi, yəqin ki, tək onun üçün yadda qalan gün deyil...
***
Raqub Məmmədovun Azərbaycan prezidenti ilham əliyevin sərəncamıyla Ağdam rayonuna icra başçısı təyin edilməsindən üç il keçir. Üç il əslində böyük rəqəm olmasa da, ötən 1095 günün hər biri özünəməxsusluğu ilə seçilib.
Ağdam Çay Evinin tikintisinə start verilməsi, 2014-cü ilin avqustunda cəhbədə yaranmış gərgin vəziyyət, Quzanlı qəsəbəsində mərkəzi meydanın inşası, hər bir kənddə ölçüsündən asılı olmayaraq hansısa layihənin həyata keçirilməsi və s.
R. Məmmədovu yaxından tanıdığımdan onun bu üç il ərzində diqqətimi çəkən və fərqləndirən üç əsas cəhəti barədə onun üçün yaddaqalan bir gündə xatırlatmaq yerinə düşərdi.
Birincisi, R.Məmmədovda insanları dinləmək bacarığı var. Ona müraciət edən hər kəsi vəzifəsindən və səviyyəsindən asılı olmayaraq dinləyir.
Bu günkü həssas məqamda bu məqam deyərdim ən əsas şərtdir.
Nəzərə alaq ki, müraciət edənlərin böyük əksəriyyəti aşağı və aztəmintalı təbəqənin nümayəndələridir.
Demək, bu təbəqəni təmsil edənləri dinləməklə onların problemlərinin həllinə çalışmağın özü elə dövlət siyasətinin icrası kimi başa düşülməlidir.
ikinici diqqətimi çəkən məqam sələfi Nizami Sadıxovun başladığı işlərin daha böyük həvəslə davam etdirməsi, irəli gedərək kifayət qədər böyük maliyyə tələb edən layihələrin icrasını həyata keçirməsidir.
ilk gündən Ağdamı yaşatmaq istəyi və bunun üçün Quzanlı qəsəbəsində özündə qədim memarlıq ornamentlərini əks etdirən Heydər əliyev Mərkəzinin, Ağsaqqalar evinin inşa edilməsi, Bayraq müzeyinin, Ağdam Çay evinin, yeni avtovağzalın inşası və digər küçə və meydanların salınması, habelə asfatlanmasını misal olaraq çəkmək olar.
Diqqətimi çəkən üçüncü məqam isə hamını dərindən tanıması və bununla yanaşı hər kəsdən iş tələb etməsidir. Və belə həssas məqamda işdən azad edilməli olan insanlara son şans verməsidir.
***
Ötən üç il gərgin keçsə də, çox önəmli hadisələrlə də yadda qalıb. Ötən ilin aprelində rayon ərazisində cəbhəboyu kəndlərin erməni silahlıları tərəfindən atəşə tutulması nəticəsində kənd sakinlərinin ciddi ziyanla üz-üzə qalması, üst-üstə ölkə başıçısının rayona üç dəfə səfər etməsi yaddaqalan məqamdır.
Düşünürəm ki, bu gün R.Məmmədovun əsas məqsədlərindən biri doğma Ağdama qayıdanadək Quzanlıya şəhər statusunun verilməsinə nail olmaqdır. Bu gün qəsəbədə görülən işlərin məntiqi nəticəsi məhz bu ola bilər.
Digər bir arzusu, inanıram ki, əhalisinin sayının 30 min nəfərə çatdığı bir vaxtda qəsəbədə məscidin olmadığını nəzərə alıb onun tikintisinin həyata keçirməsi vacib layihələrdən olacaq. Və deyərdim multikulturalizm ilindən sonra elan edilən islam həmrəyliyi ilinə bir töhvə ola bilər. inanmaq istərdim ki, bu prosesin icrasına yerli əhaliylə, yanaşı rayondan kənarda yaşayan sakinlərdə öz dəstəyini verəcəkdir.
inanıram ki, bundan sonrada keçmiş komsomol və təhlükəsizlik xidmətinin əməkdaşı olmuş Raqub Məmmədov daim dövlətinə sədaqətlə və daha böyük ruh yüksəkliyi ilə xidmət edəcək, ona göstərilən bu etimadı bundan sonra da yeni layihələr həyata keçirməklə doğruldacaqdır.
Vüqar Tofiqli