23 noyabr onun günüdür. Siyasi rəhbər olduğu rayonda yaşadığımdan, belə bir gündə ürək sözümü deməyi özümə borc bildim.
Sözsüz ki, belə düşünülə bilər ki, təbrik məsələsi birdən birə haradan qaynaqlandı. əvvəlcədən deyim ki, haqqında danışacağım şəxslə görüşməmişəm. Məni də şəxsən, bildiyim qədər, tanımır. Bəs məqsəd nə ola bilər?
Hər halda icra hakimiyyətinə də hər hansı bir işimin də yaxın zamanlarda düşəcəyini də planlaşdırmıram. Açığı heç buna razı da olmazdım ki, işim düşsün. Bütün hallarda qarşılaşdığım problemləri yalnız qanun çərçivəsində və ya “el qaydasıy”la həllinə üstünlük verirəm.
Hər halda açıq deməliyəm ki, məni bu yazını yazmağa yalnız haqqında danışacağım şəxsin səmimiyyəti vadar etdi. Belə ki, bir neçə dəfə keçirilən açılış və səyyar görüşlərdə iştirakım zamanı bu səmimiyyətin şahidi olmuşam. Və yazıda məhz bu səmimiyyətdən yaranıb, desəm yəqin ki, yanılmaram.
***
Beləliklə, söhbət Nəsimi Rayon icra Hakmiyyətinin başçısı hörmətli Asif əsgərovdan gedir. “izmit” parkının açılışında, həmdə sakinlərlə görüşən Asif əsgərovun sakinləri özünə məxsus şəkildə dinləməsi, onların qarşılaşdığı problemlərin həllinə can yandırması diqqətimdən yayınmadı.
Sözsüz ki, qaldırılan problemlərin bir qisminin deyərdim ki, heç icra hakimiyyətinə aidiyyəti də yox idi.
Ancaq Asif əsgərov yetkin bir kadr olaraq, həmin gün, sakinləri indiki həssas məqamda dinləməyi, könlünü almağı, bir növ ola biləcək narazılığı aradan qaldırmağı bacardı, desəm səhv etmərəm.
Cənab Prezidentin də söylədyi kimi “məmur xalqın xidmətçisidir” fikri məhz Asif əsgərovun davranışında öz əskini tapır.
***
Bəs Asif əsgərov kimdir?
1966-cı ildə Naxçıvan şəhərində anadan olub.
1989-cu ildə Dövlət Bədən Tərbiyəsi institutunu və 2001-ci ildə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət idarəçilik Akademiyasını fərqlənmə diplomları ilə bitirib.
1994-cü ildən “ATTiLA” idman klubunun sədri, cüdo üzrə Respublika yığma komandasının rəisi olmuş, Azərbaycan Cüdo Federasiyasının I vitse-prezidentidir.
1996-cı ildən Gənclər, idman və Turizm Nazirliyində idarə rəisi, Baş idarə rəisi, 2000-2006-cı illərdə Gənclər, idman və Turizm Nazirinin müavini vəzifələrində çalışıb.
Azərbaycan Prezidentinin 15 fevral 2006-cı il tarixli sərəncamı ilə Zaqatala Rayon icra Hakimiyyətinin Başçısı, 25 iyun 2009-cı il tarixli sərəncamı ilə Bakı şəhəri, Səbail Rayon icra Hakimiyyətinin Başçısı və 2 sentyabr 2015-ci il tarixli sərəncamı ilə Bakı şəhəri, Nəsimi Rayon icra Hakimiyyətinin Başçısı vəzifəsinə təyin edilib. Respublikanın əməkdar Məşqçisi, Respublika dərəcəli hakimdir.
***
Nəhayət, dəyərli insana, onun üçün əziz bir gündə, ilk növbədə can sağlığı və bundan sonrada dövlətimizə daha da sədaqətlə xidmət etməyi arzu edirəm.
Hörmətlə Vüqar Toflqli