icra başçısı üçüm özəl gün- MəRDəKANDAN TəBRiK VAR
Bu gün Ağdam Rayon icra Hakmiyyətinin başçısı Vaqif Həsənovun doğum günüdür. Üstəlik altmiş yaşı tamam olur.
Vətənimizə, möhtərəm Prezidentimizə sədaqəti ilə seçilən, zəngin təcrübəyə malik, sadəliyi, işgüzarlığı,öhdəsinə düşən vəzifəni məsuliyyətlə yerinə yetirən, cənab Vaqif müəllim!
Ağdam rayonunun yüksək tərəqqisi, inkişafı uğrunda Sizə həyatda ən şirin nemət olan möhkəm cansağlığı, uzun ömür, tükənməz enerji, yorulmaz fəaliyyət və yeni-yeni uğurlar arzulayıram!
Yubileyiniz münasibətilə səmimi təbriklərimi və xoş arzularımı dərin məmnunluq hissi ilə Sizə yetirirəm!
ULU TANRI HəR ZAMAN SiZi QORUSUN!
Xəzər rayonu Mərdəkan bələdiyyəsinin kollektivi
***********************************************************
Vaqif Həsənov kimdir?
Həsənov Vaqif Bəhram oğlu 18 fevral 1959-cu ildə Ağdam rayonunda anadan olmuşdur. 1986-cı ildə Azərbaycan Dövlət Universitetinin Tarix , 1991-ci ildə Bakı Sosial idarəetmə və Politologiya inistitutunun Politologiya , 2003-cü ildə isə Azərbaycan Dövlət Neft Akademiyasının Faydalı Qazıntı yataqlarının işlənməsi, Neft Qaz yataqlarının işlənməsi və istismarı fakultələrini bitirmişdir. 1977-1979-cu illərdə hərbi xidmətdə olmuşdur. əmək fəaliyyətinə 1977-ci ildə Bərdə Kolxozlararası Tikinti idarəsində fəhlə kimi başlamışdır. 1980-1987-ci illərdə 26 Bakı Komissarı adına Neft Qaz Çıxarma idarəsinin elektrik çilingər, 1987-1989-cu illərdə 26 Bakı Komissarı adına Neft Qaz Çıxarma idarəsinin Mənzil Kommunal Təsərrüfatının partiya təşkilatının katibi işləmişdir. 1991-ci ildə 26 Bakı Komissarı adına Neft Qaz Çıxarma idarəsinin partiya komitəsinin katibi, 1991-1995-ci illərdə ə.Ç.əmirov adına Neft Qaz Çıxarma idarəsinin Xüsusi şöbəsinin rəisi, 1995-2001-ci illərdə H.Z.Tağıyev adına Neft Qaz Çıxarma idarəsinin Mənzil Kommunal Təsərrüfatının rəisi, 2001-2005-ci illərdə H.Z.Tağıyev adına Neft Qaz Çıxarma idarəsinin Kadrlar şöbəsinin rəisi, 2005-2006-cı illərdə N.Nərimanov adına Neft Qaz Çıxarma idarəsinin rəisin ümumi məsələlər üzrə müavini, 2006-2011-ci illərdə Bakı şəhəri Qaradağ Rayon icra Hakimiyyəti başçısının müavini, 2011-2013-cü illərdə Bakı şəhəri Xəzər Rayon icra Hakimiyyəti başçısının müavini, 2013-2018-ci illərdə isə Bakı şəhəri Xəzər Rayon icra hakimiyyəti başçısının birinci müavini vəzifələrində çalışmışdır.
Azərbaycan Respublikası Prezidentinin 28 avqust 2018-ci il tarixli Sərəncamı ilə Ağdam Rayon icra Hakimiyyətinin başçısı təyin edilib.