"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

icra başçısı üçün özəl gün-TəBRiK

--2017-08-09 / 01:22

Bu gün Ağdam  Rayon icra Hakimiyyətinin başçısı Raqub Məmmədovun doğum günüdür.

Uzun illərdən bəri tanıdığım, vətənə və dövlətə sədaqətiylə seçilən icra başçısının həyat yoluna bir daha qayıdaraq yazmadığım bəzi məqamları oxucularımın diqqətinə çatdırmaq istərdim.

Etiraf edilməlidir ki, icra başçısı təyin edildiyi gündən  Raqub Məmmədov sələfinin imza atdığı layihələri sıradan çıxarmadan, əksinə görülənləri daha da genişləndirərək, rayonun çəkisinin var gücüylə artmasına çalışır.

əminəm ki,  bu gün onun əsas məqsədi işğal altında olmayan ərazilərdə həyata keçirdiyi layihələrin icrasından əldə etdiyi təcrübənin  Ağdam şəhərinin qurulmasında istifadə etməkdir.

Bundan sonra isə Quzanlı qəsəbəsinə şəhər statusunun verilməsinə nail olmaq, prezidentin irəli sürdüyü bütün təşəbbüslərə öz dəstəyini məhz həyata keçirdiyi layihələrlə verməkdir.

Son üç ilin təhlilli göstərir ki, icra başçısı müəyyən mənada istəyinə çatıb.

Ümid etmək olar ki, “Muğam mərkəzi”nin, “Azərxalça”nın Ağdam filialı üçün binanın istifadəyə verilməsiylə yanaşı, kənd  təsərrüfatının bütün sahələrinin inkişafıyla bağlı öz töhvəsini verməklə yanaşı, həmçinin işğal altında olmayan ərazilərdə logistika məsələlərinin həllinə nail olmaqla yanaşı, Ağdam Cümə Məscidinin oxşarını Quzanlı qəsəbəsində, daha döğrusu şəhərə çevriləcək Quzanlıda özünün  təşəbbüsüylə istifadəyə verilən məşhur “Çay evinin” oxşarının qarşısında inşasına nail olacaqdır.

Bu gün əhalisinin sayının 30 min nəfərə çatdığı bir vaxtda Quzanlı  qəsəbəsində belə bir məscidin inşası “islam həmrəyliyi” ilinə ən samballı  töhvə olardı.

***

indisə Raqub Məmmədovu  yaxından tanıyaq:

Məmmədov Raqub Allahverdi oğlu 1961-ci il avqust ayının 9-da Ağdam rayonunun Xıdırlı kəndində anadan olub. Xıdırlı kənd orta məktəbində oxuyub. 1983-cü ildə Azərbaycan Kənd Təsərrüfatı institutunı bitirib.

1983-1986-cı illərdə Ağdam Rayon “inqilab” üzümçülük sovxozunda mühəndis kimi əmək fəaliyyətinə başlayıb.

1986-1987-ci illərdə Azərbaycan LKGi Ağdam Rayon Komitəsində ikinci katib, 1987-1991-ci illərdə Azərbaycan LKGi Ağdam Rayon Komitəsində birinci katib, 1991-1992-ci illərdə Azərbaycan Respublikası Gənclər Birliyi Ağdam rayon təşkilatında sədr vəzifəsində işləyib.

1993-2014-cü illərdə Azərbaycan Respublikasının Milli Təhlükəsizlik orqanlarında xidmət edib.

Sonuncu iş yeri Milli Təhlükəsizlik Naziriliyinin Tərtər rayon şöbəsinin rəisi vəzifəsi olub.

Azərbaycan Respublikası Prezidentinin 16 aprel 2014-cü il tarixli, 394 saylı Sərəncamı ilə Ağdam Rayon icra Hakimiyyətinin başçısı təyin edilib.

Yeni Azərbaycan Partiyasinin üzvüdür.

***

Beləliklə, ad günündə icra başçısına nəyi arzu edərdim:

ilk növbədə doğulduğu Xıdırlı kəndinin “Sumqayıt” obasından “Daş təpə”yə tərəf keçib, təpənin yüksəkliyində  “Qarabağ” telekanalı üçün teleötürücünün bərpasına nail ola bilsin və bütün bu və digər sadalamadığım yüzlərcə layihənin icrasını can sağlığı ilə icra etmək Raqub Məmmədova qismət olsun.

Bu arzuların gerçəkləşməsi arzusuyla   Vüqar Tofiqli  

P.S. əLAVə OLARAQ OXUMAQ ÜÇÜN

 http://belediyye.info/new/details/--2504.htm

 http://modern.az/articles/100651/1/#gsc.tab=0

http://modern.az/az/news/75435#gsc.tab=0

http://belediyye.info/new/details/--2646.htm

http://belediyye.info/new/details/--2377.htm

ŞƏRHLƏR