"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

icra başçısı: Ermənilərin təxribatı nəticəsində Ağdamda mülki əhalidən 1 nəfər ölüb, 7 nəfər yaralanıb

--2016-04-06 / 22:22

Bakı. Samir əli - Trend:

 

Aprelin 2-dən 5-dək cəbhə xəttində erməni hərbi birləşmələrinin törətdiyi təxribat nəticəsində 1 nəfər mülki şəxs həlak olub.

Bu barədə Trend-ə Ağdam rayon icra Hakimiyyətinin başçısı Raqub Məmmədov məlumat verib.

icra başçısının sözlərinə görə, həmin şəxs ermənilərin atdığı mərminin məscidə düşməsi nəticəsində həlak olub: "Mərmi rayonun əhmədağalılar kəndindəki məscidə düşüb və orada olan kənd sakini, 1954-cü il təvəllüdlü Dadaşov Qaraş şahlar oğlu aldığı xəsarətdən hadisə yerində dünyasını dəyişib. Erməni təxribatı nəticəsində Ağdam rayonundan 7 mülki şəxs isə müxtəlif bədən xəsarətləri ilə xəstəxanalara yerləşdirilib".

http://az.trend.az/azerbaijan/karabakh/2515606.html

ŞƏRHLƏR