Belediyye.infoya daxil olan məlumata görə, Bakı şəhər icra Hakmiyyətinin başçısı Hacıbala Abutalıbov “Bakı şəhəri ərazisində qanunsuz fəaliyyət göstərən avtomobil dayanacaqlarının ləğv edilməsi və həmin məsələnin tənzimlənməsi ilə bağlı komissiya yaradılması haqqında” sərənsam imzalayıb.
11 yanvar 2017-ci ildə imzalanan sərəncam Bakı şəhərinin bəzi yerlərində məhəllədaxili ərazilərdə, eləcə də dənizkənarı çimərlik ərazilərində dövlət qeydiyyatından keçməyən hüquqi və fizki şəxslər tərəfindən qanunsuz olaraq dövlətə heç bir vergi ödəmədən avtomobil dayanacaqları təşkil edərək qanunsuz fəaliyyətin qarşısnın alınması məqsədiylə imzalanıb.
Məlumatda qeyd edilir ki, dayanacaqların pərakəndə formada fəaliyyət göstərməsi xüsusiylə həmin ərazilərdə avtomobil sıxlığının yaranmasına səbəb olub. Eyni zamanda qanunsuz təşkil edilmiş həmin avtomobil dayancaqlarında oğurluq hallarının baş verməsi, həmçinin avtomobil sıxlığının yaranması əhalinin haqlı narazılğına səbəb olub.
Sərəncamda göstərilir ki, səkilərdə və məhəllədaxili ərazilərdə qanunsuz fəaliyyət göstrərən avtomobil dayanacaqlarının ləğv edilərək əvəzində Bakı şəhər Dövlət Yol Polisi idarəsiylə razılaşdırılmış cizgilərə uyğun olaraq Bakı şəhər icra Hakmiyyətinin Xüsusi Təyinatlı Avtonəqliyyat idarəsinin nəzdində 24 saat fəaliyyət göstərən müasir tipli avtomobil daynacaqlarının təşkil edilməisi zəruriətini yaradıb.
Mövcud pərakəndəliyi aradan qaldırmaq üçün icra başçısının sərəncamıyla Xüsusi Təyinatlı Avtonəqliyyat idarəsinin nəzdində müasir tipli avtodayanacaqların yaradılması məqsədiylə komissiya yaradılıb.
Nəzarət şöbəsinin müdiri Zülfəli ismayılovun sədrliyi ilə yaradılan komissiya qısa müddət ərzində şəhərdə fəaliyyət göstərən qanunsuz avtomobil dayanacaqlarının ləğvi və yenidən təşkili üçün təklifləri, dayanacaqların dislokasiyasını və cizgisini tərtib edərək icra başçısına təqdim etməlidir.
Sərəncamda həmçinin mövsümi dayanacaqların təşkili ilə bağlı təklif də müvafiq idarəyə həvalə edilib.
Belediyye.info