Nəsimi Rayon icra Hakimiyyətində yeni təynatlar olub.
Belediyye.infoya daxil olan məlumata görə. Nəsimi Rayon icra Hakimiyyətinin başçısı Asif əsgərovun sərəncamıyla başçının birinci müavini Yavər Allahverdiyev tutduğu vəzifədən azad edilib. icra Başçısının digər sərəncamıyla başçının müavini olan Gülarə Verdiyeva birinci müavin vəzifəsinə, Qurban ismayılov isə başçının müavini vəzifəsinə təyinat alıblar. Q.ismayılov bundan əvvəl rayon təsərrüfat şöbəsinin müdiri vəzifəsində çalışb.
Nəsimi RiH-də kadr dəyişikiyini təsdiq etsələrdə. bunun hansı səbəbdən baş verdiyi açıqlanmayıb.
Qeyd edək ki, vəzifəsini itirən Allahverdiyev Yavər Firudin oğlu 1993-2009-cu illərdə Bakı şəhəri Nəsimi rayonu Mənzil Kommunal Təsərrüfatı Birliyi sistemində baş mühəndis və 52-saylı MiS-in rəisi vəzifələrində çalışmışdır.
2009-cu ilin iyul-avqust aylarında Səbail rayon Mənzil Komunal Təsərrufat Birliyinin rəisi vəzifəsində, 2009-cu ilin avqust ayından 2015-ci il sentyabrınadək Səbail rayon icra Hakimiyyətinin başçısının müavini vəzifəsinə təyinat almışdır. Həmin ildən Nəsimi RiH başçısının birinci müavini vəzifəsində çalışırdı.