Son aylarda 5 rayon icra başçısının həbsi bütünlükdə digər məmurların da gördüyü yaxşı işi, yaxşı təcrübəni kölgə altına salmış oldu. Bizdə dəfələrlə bu mövzuya toxunaraq daim bu xarakterdə olan insanları tənqid etməklə onları həmdə birinci şəxsə təqdim edənləri diqqətli olmağa səsləmişik. Və açıq etiraf etmək lazımdır ki, iş o yerə çatıb ki, artıq idarəçilikdə regional idarəetməyə keçidin reallaşacağı gün uzaqda olmaması hiss edilməkdədir.
Sözsüz ki, hər kəsin fəaliyyəti bu gün göz önündədir. Hər bir məmura qiyməti isə zamanında verilir. Onu da qeyd edim ki, bu sistemdə həqiqətən səviyyəli, bacarıqlı, dövlətinə və Vətəninə sədaqətlə xidmət edən məmurlar da az deyil.
Bunlardan biri də mənim üçün əziz olan və 90-cı illərin sonlarından Milli Məclisdə ekspert kimi çalışdığı vaxtlardan tanış olduğum Mehdi Səlimzadədir. Daim səmimiliyi ilə, savadı və bacarığı ilə seçilən Mehdi Səlimzadəni digərlərindən fərqləndirən əsas cəhət sözünə bütov olması, vətəndaşlarla təmas qurmağa maraqlı olması, fəaliyyətində açıq, şəffaf olmasıdır.
Uzun illər ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş Mərkəzində çalışdığı illərdə mərkəzin formalaşamasında və fəaliyyətində böyük əməyi olan Mehdi Səlimzadə 10 iyun 2016-cı il tarixində ölkə başçısının sərəncamıyla Göyçay rayonuna icra başçısı təyin edilib.
Bu gün dörd ildir ki, rayonda ciddi layihələrə imza atmaqla, ölkə başçısının verdiyi tövsiyələrə əməl etməklə rayonun inkişafına da öz töhvəsini verməkdədir.
Ötən dörd ilə qısa bir nəzər salsaq həqiqətən bu az müddətdə saysız hesabsız layihələrin icra edildiyinin şahidi olarıq...
Bir daha dəyərli insana bu vəzifədə uğurlar arzu edir, inanıram ki, qədim və zəngin tairxə malik Göyçayın bundan sonrakı inkişafında Mehdi Səlimzadə öz layiqli sözünü bundan sonra da deyəcəkdir.
Vüqar Tofiqli