"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

icra başçısının müavini: Narın qiyməti 4-5 manat olacaq

--2016-11-02 / 14:21

Noyabrın 5-də Göyçay rayon icra Hakimiyyətinin təşəbbüsü ilə rayonda ənənəvi nar festivalı keçiriləcək.

Bu haqda Göyçay rayon icra başçısının Humanitar Sahələr üzrə müavini Rəşxəndə Rəcəbova Cebhe.info-ya açıqlamasında deyib. Onun sözlərinə görə, hazırlanan masalar minlərlə narla bəzədiləcək. Artıq bunun üçün yaşayış məntəqələrinə məlumat da yollanılıb:

Nardan hazırlanan məhsulların tərtibatı olacaq. ən yaxşı nar növlərindən olan güleyşə, vələs, şirin, balamürsəl və digər nar növləri nümayiş olunacaq. Qonaqlara nar şərab, nar suyu təqdim ediləcək. 55 yaşayış məntəqəsinə məlumat yollamışıq ki, gözəl nar növlərini festivalda nümayiş etdirsinlər. Bununla yanaşı müxtəlif firmalar tərəfindən nardan hazırlanan xüsusi məhsulların alış-satışı da həyata keçiriləcək”.R.Rəcəbovanın sözlərinə görə, festivala yalnız Göyçay rayonundan narlar gətiriləcək. 

Narın qiymətinə gəldikdə isə həmsöhbətimiz vurğulayıb ki, festivalda satışa çıxarılan meyvənin qiyməti bir gün öncə bazardakı qiymətlə tənzimlənəcək: “Böyük ehtimalla narın qiyməti təxminən 4-5 manat arasında dəyişəcək. Bir gün öncə bazarda hansı qiymət olacaqsa, o qiymətə satılacaq”.

Nigar Məhərrəm

Cebhe.info

http://cebhe.info/%C4%B0cra-ba%C5%9F%C3%A7%C4%B1s%C4%B1n%C4%B1n-m%C3%BCavini-nar%C4%B1n-qiym%C9%99ti-4-5-manat-olacaq__37351/

ŞƏRHLƏR