ismayıllı RiH başçısı Nahid Bağırovun növbəti səyyar görüşü rayonun Ruşan kəndində keçirilib. Sosial mediada aktiv olan icra başçısı öz rəsmi səhifəsində daim məlumatlar və şəkillər paylaşır. Sözsüz ki, fəaliyyətin təbliğinə müsbət yanaşıram və icra başçısının aktivliyini təqdir edirəm.
Lakin arzu edirəm yaydığı məlumatlara diqqətlə yanaşıb, həm mətnə, həmdə şəkillərin seçiminə diqqət yetirsin.
Birincisi, vətəndaş qəbullarında qarşı sıralarda qəbula yazılan vətəndaş oturmalı olduğu halda niyə məmur oturmalıdır? Belə halda məmur xalqın xaqlın xidmətçisi necə ola bilir?
ikincisi, icra başçısıyla qarşı-qarşıya oturan şəxsin mürgülədiyi yerdə şəklinin paylaşılması nəyə işarədir?
Üçüncüsü, qəbulda bələdiyyənin təmsilçisi iştirak edibsə sıralamada bu orqanın adı niyə yazılmayıb?
Hə halda başçının bələdiyyələrə qarşı elə də simpatiyası olmasa da rayonun siyasi rəhbəri kimi bunu nəzərə almalıydı.
Və sonda arzu edirik ötən illə müqayisədə büdcə gəlirləri 30 faizədək azalan bələdiyyələrin də büdcə gəlirlərinin artmasına rayonun siyasi rəhbəri kimi öz töhvəsini vermiş olsun...
Hər halda biz dedik, arzu edirik fikirlərimiz düz anlaşılsın.
Vüqar Tofiqli
"Bələdiyyələrin fəaliyyətinin təbliği" ictimai birliyin sədri
|
|
|
|