"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

icra hakimiyyətinin tədbirində bələdiyyələr də yaxından iştirak edib

--2017-12-02 / 11:54

Suraxanı Rayon icra Hakimiyyəti rayonun bütün qəsəbələrində ağacəkmənin növbəti mövsümünü uğurla davam etdirir. Bu barədə məlumatı Suraxanı RiH yayıb.
Rayon icra Hakimiyyətinin təşkilatçılığı ilə növbəti ağacəkmə rayonun əmircan qəsəbəsində Səttar Bəhlulzadə keçəsinin ətrafında keçirilib.
Ağacəkmə aksiyasında Rayon icra Hakimiyyətinin başçısı ilqar Abbasov, RiHB aparatının əməkdaşları, RiHB-nin qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəlikləri, qəsəbə bələdiyyələri, sənaye, səhiyyə müəssisələrinin, Suraxanı Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin işçiləri iştirak ediblər.
150 nəfərin iştirak etdiyi iməcilikdə müvafiq təmizləmə işləri aparılmış, abadlıq işləri görülmüş, mövcud olan yaşıllığa qulluq edilmiş və 300-dən artıq ağac əkilmişdir.
Mövsümün sonuna qədər rayonda ağacəkmə aksiyaları davam edəcəkdir.

Belediyye.info

ŞƏRHLƏR