"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

icra hakimiyyətlərində nöqsanlar - 58 NəFəRə TöHMəT VERiLDi

--2016-04-09 / 10:21

Hesablama Palatası bir sıra icra hakimiyyətlərində nöqsanlar aşkar edib. Fins.az Hesablama Palatasının hesabatına istinadən bir sıra icra hakimiyyətində işdən çıxarılan məsul şəxslərin siyahısını təqdim edir:

Ötən il Sumqayıt şəhər icra Hakimiyyətində 2 məsul işçi tutduğu vəzifədən azad edilib, bir məsul işçi aşağı vəzifəyə keçirilib, 4 məsul işçiyə töhmət verilib, 3 məsul işçiyə isə xəbərdarlıq olunub. Səbail rayon icra Hakimiyyətində 1 məsul işçi tutduğu vəzifədən azad edilib.

Xətai rayon icra Hakimiyyətində 9 məsul işçiyə töhmət verilib, 2 işçiyə xəbərdarlıq elan olunub.

Xəzər rayon icra Hakimiyyətində 3 məsul işçiyə şidətli töhmət, 6 işçiyə töhmət elan edilib, 1 işçiyə xəbərdarlıq elan olunub.

Suraxanı rayon icra Hakimiyyətində 2 məsul işçiyə töhmət verilib, 7 işçiyə xəbərdarlıq elan olunub.

Mingəçevir şəhər icra Hakimiyyətində 4 məsul işçi tutduğu vəzifədən azad edilib, 4 məsul işçiyə ciddi xəbərdarlıq edilib.

Lənkəran şəhər icra Hakimiyyətində 17 işçiyə töhmət verilib

Tovuz rayon icra Hakimiyyətində 1 məsul işçi tutduğu vəzifədən azad edilib, 7 işçiyə töhmət verilib, 1 qurumun rəhbərliyinə ciddi irad bildirilib.

Sabirabad rayon icra Hakimiyyətində 6 məsul işçiyə ciddi xəbərdarlıq edilib.

Ağstafa rayon icra Hakimiyyətində 2 məsul işçi tutduğu vəzifədən azad edilib, 4 məsul işçiyə töhmət verilib, 3 işçiyə xəbərdarlıq olunub.

Ucar rayon icra Hakimiyyətində 2 məsul əməkdaşa töhmət verilib, 2 əməkdaşa xəbərdarlıq elan olunub.

Bərdə rayon icra Hakimiyyətində 3 məsul işçiyə töhmət verilib, 5 işçiyə xəbərdarlıq edilib.

Kürdəmir rayon icra Hakimiyyətində 11 nəfər maddi məsul rəhbər işçiyə töhmət verilib. Qobustan rayon icra Hakimiyyəti 4 məsul işçiyə xəbərdarlıq edib.

Mənbə: ATV

http://fins.az/budce/898158/Icra_hakimiyyetlerinde_noqsanlar___58_NAFARA_TOHMAT_VERILDI.html

ŞƏRHLƏR