“icra nümyəndəsinin bələdiyyələrin fəaliyyətinə müdaxiləsi yolverilməzdir”- bu fikri Belediyye.infoya Milli Məclisin üzvü Azər Badamov bildirib.
KiV-də bu istiqmətdə səslənən fikirlərə münasibət bildirən A.Badamov daha sonra bildirib ki, “bələdiyyə seçkili orqandır və ona görə də hansı inzibati ərazidə bələdiyyə sədrinin səlahiyyətlərini icra nümayəndəsi yerinə yetirirsə bu qanuna ziddir, yol verilməzdir.”
Bələdiyyə qulluqçularının kütləvi şəkildə işdən azad edilməsi məsələsinə toxunan millət vəkili bildirib:
“Azərbaycanda işə götürənlə işçi arasındakı münasibətlər əmək məcəlləsi ilə tənzim olunur. əgər işçi öz ərizəsi ilə işdən azad olunursa belə halda işə götürən işçiyə işdən azad olunan gününə qədər əmək müqaviləsində nəzərdə tutulan qaydada əmək haqqı ödənişi etməlidir. Bəzi bələdiyyələrdə qeyd etdiyim məqamlarda qanuna əməl olunmayıbsa işçilərin məhkəməyə müraciət etmək hüququ var və öz haqlarını məhkəmədə bərpa edə bilərlər.
Azərbaycan hüququ dövlətdir, qanun alidir və hamı qanun qarşısında bərabərdir. Ona görə də əmək münasibətlərdə yaranan bütün mübahisələr məhkəmə yolu ilə həll olunmalıdır.”
Qeyd edək ki, bugünlərdə KiV-də Abşeron rayon Aşağı Güzdək bələdiyyəsində baş verən proseslərlə bağlı keçmiş bələdiyyə işçilərinin müraciəti dərc olunmuşdu.
http://belediyye.info/new/details/iscileri-asagi-guzdek-belediyyesinden-sikayetlidir--1202.htm
Belediyye.info