Binəqədi rayonunda “Dövrümüzün bəlasına çevrilmiş ağır yoluxucu xəstəliklərlə mübarizə” layihəsi çərçivəsində məktəblilər arasında maarifləndirici tədbirlər davam edir. 25 noyabr 2016-cı il tarixində M.ə.Rəsulzadə bələdiyyəsi ictimai-humanitar sektorun və “Yoluxucu Xəstəliklərlə Mübarizə” ictimai Birliyinin birgə təşkilatçılığı ilə qəsəbənin 100 saylı məktəbində növbəti maarifləndirici görüş keçirildi.
Tədbirdə M.ə.Rəsulzadə bələdiyyəsi ictimai-humanitar sektorun müdiri Günel Vahabzadə, “Yoluxucu Xəstəliklərlə Mübarizə” ictimai Birliyinin sədri Fikrət Xəlilov, təşkilatın üzvləri, həkim-ekspert Solmaz Mirzəyeva və 100 saylı məktəbin XI sinif şagirdləri iştirak etmişdir.
QHT-lərə Dövlət Dəstəyi şurasının maliyyə dəstəyi ilə keçirilən tədbirdə dövrümüzün bəlasına çevrilmiş ağır yoluxucu xəstəliklər, Hepatit B, Hepatit C, iiV/QiÇS, Vərəm xəstəliklərinin əlamətləri, onlara yoluxma və onlardan qorunma yolları barədə ətarflı məlumat verildi.
Belediyye.info