"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

ictimai Birlik Tərtər bələdiyyəsində görüş keçirib

--2015-05-16 / 16:28

“Bələdiyyələrin fəaliyyətinin təbliği” ictimai Birliyi Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi şurasının maliyyə yardımı ilə “Yerli orqanlara müasir informasiya texnologiyalarından istifadə etməklə hüquqi xidmətlərin göstərilməsi” layihəsi çərçivəsində Tərtər Bələdiyyəsində görüş  keçirmişdir. Görüşdə layihənin rəhbəri Vüqar Tofiqli layihə barəsində geniş məlumat vermiş və Tərtər bələdiyyələrinin fəaliyyətiylə bağlı təşkilatın hazırladığı  hesabatı bələdiyyəyə təqdim etmişdir.  Dövlət Statistika Komitəsinin məlumatları əsasında hazırlanmış hesabatda rayonda mövcud olan 44 bələdiyyənin gəlirləri öz əksini tapmışdır. Qeyd edək ki, Tərtər bələdiyyələrinin ən yüksək gəliri 2007-ci ildə olmuşdur. Həmin il büdcə gəliri 250 min manatdan artıq olmuşdur. Torpaq, əmlak və mədən vergisi sabit olaraq bələdiyyələr tərəfindən yığılır. Yığılan vergi növündən isə ən yüksəyi torpaq vergisidir.  Reklam, dayanacaq və sanatoriya kurort rüsumları bələdiyyələrin  əsas maliyyə istiqaməti olsa da, Tərtər bələdiyyələrində bu yığımın həcmi  aşağıdır.  

Tərtər bələdiyyəsinin sədri Qabil Bəylərov ilk dəfə bələdiyyə üzvü seçildiyini bildirmiş və fəaliyyətiylə seçicilərinin etimadını  doğruldacağını qeyd etmişdir. Artıq sonuncu seçkilərdə rayon bələdiyyələrinin sayının birləşdirilərək 25-dək azadlığını, əmlak vergisnin yığımıyla bağlı əhali arasında ciddi maarifləndirmə işinin aparıldığını qeyd etmişdir. Rayon əhalisinin vergiyə cəlb edilməsi və yeni texnologiyalardan istifadə etməklə mövcud problemin aradan qaldırlımasına nail olacaqlarını qeyd edən bələdiyyə sədri fəaliyyət göstərdikləri üçmərtəbəli binanın bələdiyyənin balansına verildiyini qeyd etmişdir. Söhbət zamanı problemlərdən danışan sədr sənədsiz mənzillərin hüququ statusuyla bağlı və mədən verginin yığımıyla bağlı problemlərin olduğunu dilə gətirib.

Görüşdə layihə çərçivəsində keçiriləcək hüquqi dərsin mövzusu və keçirilmə tarixi müzakirə edilmişdir.    

 

 “Bələdiyyələrin fəaliyyətinin təbliği”  ictimai Birliyi

                                                                                                                                  28.04.2015

 

ŞƏRHLƏR