"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

ictimai birliyin bu layihəsi Nərimanov bələdiyyəsiylə birgə həyata keçirilib

--2023-02-20 / 05:51

"18 fevral 2023-cü ildə “Fitoterapevtlər” ictimai birliyi Nərimanov bələdiyyəsiylə birgə Ulu Öndər Heydər əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş ”100 ağac əkək” aksiyası həyata keçirilib”- bu barədə məlumatı “Fitoterapevtlər” ictimai birliyi yayıb.

Azərbaycan şəhər Bələdiyyələri Milli Assosiasiyasının və Nərimanov bələdiyyənin sədri Təmraz Tağıyevin, habelə bələdiyyə kollektivinində qatıldığı aksiyada   gənc pöhrələrin əkilməsində gənclərin də həvəslə iştirak etdiyi bildirilir.

Qeyd edək ki, paytaxtın ekoloji durumunun yaxşılaşdırlımasında Nərimanov bələdiyyəsi daim öz töhfəsini verməkdədir.

Xatırladaq ki, bir müddət əvvəl rayon ərazisində ətraf mühitin mühafizəsi, ekoloji vəziyyətin yaxşılaşdırlıması və təbii sərvətlərdən səmərəli istifadəsi istiqamətində növbəti layihəyə stat verilib. Heydər əliyev Fondunun vitse-prezidenti iDEA ictimai birliyinin təsisçisi və sədri Leyla əliyevanın təşəbbüsü ilə paytaxtda ağacların qeydiyyata alınmasına və nömrələnməsinə başlanılıb.

Nərimanov rayonunda, Ataturk parkında həyata keçirilən layihə çərçivəsində ilk qeydiyyat lövhəsi Heydər əliyev Fondunun vitse-prezidenti, iDEA ictimai birliyinin təsisçisi və sədri Leyla əliyevanın iştirakıyla vurulub. Tədbirdə Ekologiya və Təbii sərvətlər naziri Muxtar Babayev və Azərbaycan şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının və Nərimanov bələdiyyəsinin sədri Təmraz Tağıyev iştirak edib.

Layihənin ilk mərhələsi iDEA ictimai birliyinin, Ekologiya və Təbii sərvətlər nazirliyinin və Nərimanov bələdiyyəsinin yaxından iştiakıyla həyata keçirilib.

Belediyye.info

ŞƏRHLƏR