Bu gün təməli ulu öndər Heydər əliyev tərəfindən qoyulmuş yerli özünüidarəetmənin inkişafı ilə bağlı müəyyən etdiyi siyasi kurs uğurla davam etdirilir. Yerli özünüidarəetmə orqanlarının inkişafına dövlət dəstəyinin göstərilməsi bələdiyyələrin də fəaliyyətinə müsbət təsir göstərmişdir.Bələdiyyələrin şəffaf şəkildə çalışmaları üçün səmərəli idarəetmə mexanizmi yaradılmışdır. Bildiyimiz kimi Azərbaycanda həyata keçirilən torpaq islahatları nəticəsində dövlət mülkiyyətində olan torpaqların müəyyən hissəsi vətəndaşların və bələdiyyələrin mülkiyyətinə verilib. Hacıqəhrəmanlı qəsəbəsinin inzibati ərazisi 895 ha sahəni əhatə edir ki, onun da 651 ha dövlət mülkiyyətində, 244 ha isə bələdiyyə mülkiyyətində olan torpaq sahələri təşkil edir.
Hacıqəhrəmanlı bələdiyyəsi ötən illərdə olduğu kimi 2018- ci ildə yerli vergilərin yığılması işinin təkmilləşdirilməsinə xüsusi önəm vermiş, ilin əvvəlindən başlayaraq vergi ödəyicilərinin vergitutma öbyektləri üzrə tədiyyə bildirişləri ünvanlara çatdırılmış,qəsəbə sakinlərinə problemlərin həll olunması üçün vergilərin vaxtında ödənilməsinin vacib olması haqqında məlumatlar verilmişdir.Vergi ödəyiciləri marifləndirilir və başa salınır ki yerli vergilər vaxtında ödənilmədikdə vergi məcəlləsinin 59.1-ci maddəsi ilə gecikdirilmiş hər gün üçün penya hesablanır. Qəsəbə sakinlərinin diqqətinə çatdırılmışdır ki, sakinləri narahat edən yerli sosial və digər problemlərin həlli və onlara keyfiyyətli ictimai xidmətlərin göstərilməsi maliyyə imkanlarımızdan birbaşa asılıdır.
Qəsəbə ərazisində qeydə alınmış 550 fərdi təsərrüfatın bir ili üçün 5750.0 manat torpaq vergisi,470 ev üzrə 4940.0 manat əmlak vergisi hesablanmışdır. Lakin 2018-ci il üçün 550 fərdi təsərrüfat üzrə vergi ödəyicilərinə tədiyyə bildirişləri paylanmasına baxmayaraq 162 nəfəri vergilərini tam ödəmişlər.
2018-ci ilin sonuna bələdiyyə büdcəsinə 14.343 manat vəsait daxil olmuşdur. Göstərilən nəticə ürəkacan deyil. Bu da yerli özünüidarəetmənin saxlanmasına börcların yaranmasına səbəb olmuşdur.
2018-ci il ərzində daxil olmuş vəsaitin xərclənməsi Bələdiyyənin keçirdiyi iclaslarda müzakirə edilərək, xərclənmişdir.inzibati idaretmə xərcinə 12033.75 azn,digər xərclərə 2359.25 azn vəsait xərclənmişdir.
Qəsəbə üzrə bələdiyyələrin “Avtomatlaşdırılmış məlumat sistemi” yeni uçot proqramına bütün yerli vergi ödəyicilərinin şəxsiyyət vəsiqəsinin məlumatları daxil edilmişdir.Qeydiyyata alınmış vergi ödəyicilərinin 2015, 2016, 2017, 2018- ci il üzrə debitor borcları əmlak vergisi üzrə -11353 azn, torpaq vergisi üzrə -10587 azn cəmi 21.940 azn hesablanmışdır.
2018–ci il ərzində bələdiyyədə 22 iclas keçirilmiş, 49 məsələ müzakirə olunmuşdur. Müzakirə olunan məsələlər əsasən qəsəbədə su xəttinin tənzimlənməsi, fərdi ev tikmək üçün torpaq sahəsinin ayrılması, qəsəbədaxili yollara qum, çınqıl tökülməsi, torpaqayırma sənədləşmələrinin hazırlanması ilə bağlı olmuşdur. ərizə və şikayətlər iclaslarda müzakirə edilərək həlli istiqamətinə müəyyən işlər görülmüşdür. 16 nəfər qəsəbə sakininin fərdi həyətyanı torpaq sahəsinin alınması ilə baqlı müraciət etməsinə baxmayaraq 6 nəfər qəsəbə sakinin sənədləri tərəfimizdən hazirlanaraq təhvil verilmişdir. Digər 10 nəfər qəsəbə sakininin sənədləşmə işləri davam etdirilir.
Qəsəbədə yaşayan, şəhid, qaçqın, aztəminatlı ailələr daim diqqət mərkəzində saxlanılır ramazan, qurban bayramlarında və hüzür mərasimlərində maddi köməkliklər göstərilir.
Çıxışımın sonunda Hacıqəhrəmanlı Bələdiyyəsi sizi əmin edir ki, 2019–ci ildə öz işində Azərbaycan Respublikasının Konstitusiyasının normativ hüquqi aktlarını, Azərbaycan Respublikası Prezidentinin fərmanlarından irəli gələn vəzifələrin yerinə yetirilməsi istiqamətlərində öz işimizi quracağıq və qəsəbənin inkişafı naminə əlimizdən gələni etməyə çalışacağıq.
Samirə Abışova
şirvan şəhər Hacıqəhramanlı bələdiyyəsinin sədri